İqtisadiyyat Nazirliyi
Dünya Bankı ilə əməkdaşlığın
inkişaf istiqamətlərini
müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan
üzrə meneceri Sara Mayklın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə videokonfrans formatda görüşü
keçirilib.
Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə ölkəmizin
Dünya Bankı ilə əməkdaşlığa
önəm verdiyi və əlaqələrin
çoxşaxəli olduğu
vurğulanıb. Bankla əməkdaşlığın
inkişaf istiqamətləri
və Azərbaycanda aparılan islahatlara dəstək barədə
müzakirələrin aparıldığı
görüşdə Dünya
Bankının ölkəmiz
üzrə hazırlayacağı
xüsusi iqtisadi və maliyyə araşdırmalarının əhəmiyyəti
qeyd edilib, araşdırmalar üzrə
əsas aspektlər
diqqətə çatdırılıb.
Bildirilib ki, Bankın hazırlayacağı
Ölkə İqtisadi
Memorandumu (Country Economic Memorandum-CEM), Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı
(Financial Sector Assessment Program - FSAP) və Sistematik Ölkə Diaqnostikası
(Systematic Country Diagnostic - SCD) araşdırmaları
prioritet inkişaf hədəflərinə nail
olunmasına töhfə
verəcək.
Görüşdə qeyd olunan araşdırmaların
hazırlanmasında İqtisadiyyat
Nazirliyi ilə əməkdaşlıq məsələləri
barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2021.- 11 fevral.- S.3.