Raket və Artilleriya Qoşunlarının
hərbi hissələrinə
media-tur təşkil edilib
Fevralın 9-da kütləvi informasiya vasitələri nümayəndələrinin
Azərbaycan Ordusunun Raket və Artilleriya
Qoşunlarının hərbi
hissələrinə səfəri
təşkil olunub.
AZƏRTAC
xəbər verir ki, səfər çərçivəsində şəxsi heyət və müasir artilleriya qurğuları ilə tanış olan media nümayəndələri
praktiki tapşırıqların
icrasını canlı
izləyiblər.
Əvvəlcə hərbi hissənin şəxsi heyətinə
şərti həyəcan
siqnalı verilib. Həyəcan siqnalı ilə qaldırılan bölmələrin hərtərəfli
döyüş hazırlığı,
qarşıya qoyulan vəzifələri qısa
müddətdə yerinə
yetirmək bacarıqları
və manevr imkanları praktiki nümayiş etdirilib.
Azərbaycan
Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı,
general-mayor Ağamir Sultanov jurnalistlərə müsahibəsində deyib
ki, düşmənin
təxribatlarının qarşısını
almaq məqsədilə
ötən il sentyabrın 27-də Silahlı
Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” adlı uğurlu əks-hücum əməliyyatı
ilə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın
tam qələbəsi
ilə başa çatıb. Vətən
müharibəsi Azərbaycan
Ordusunun Raket və Artilleriya Qoşunlarının kütləvi
atəş zərbəsi
ilə başlayıb.
General-mayor
bildirib ki, kütləvi atəş zərbəsi zamanı düşmənin müdafiə
dərinliyində olan
bütün hərbi obyektləri, o cümlədən
hava hücumundan müdafiə, radioelektron mübarizə vasitələri,
idarəetmə məntəqələri,
reaktiv artilleriya və minaatan batareyaları, ehtiyatları
məhv edilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov jurnalistlərə
müsahibəsində qeyd
edib ki, Vətən müharibəsində
Raket və Artilleriya Qoşunları digər qoşun növləri ilə birlikdə düşmənin
dərinlikdə yerləşən
hədəflərini dəqiq
atəş zərbələri
ilə sıradan çıxarıb.
Müharibədə şücaət
göstərmiş Raket
və Artilleriya Qoşunlarının dörd
minədək hərbi
qulluqçusu “Vətən
müharibəsi qəhrəmanı”
fəxri adı, müxtəlif orden və medallarla təltif edilib.
Anar Eyvazov diqqətə çatdırıb ki, Vətən müharibəsində
Raket və Artilleriya Qoşunlarının
184 hərbi qulluqçusu
şəhid olub və bir neçə
hərbçisi xəsarət
alıb. Müharibə başa çatdıqdan
sonra da Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş
plana uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və
işğaldan azad edilmiş ərazilərdə
yerləşdirilən bölmələrimiz
döyüş hazırlığı
ilə məşğul
olur, yüksək texnoloji silahların imkanlarını və istifadə qaydalarını mənimsəyirlər.
Şəxsi heyətə
həmin silahlar praktiki şəkildə öyrədilir. Beləliklə,
Raket və Artilleriya Qoşunlarının
şəxsi heyətinin
peşəkarlığı təmin edilir.
Raket
və Artilleriya Qoşunlarının zabiti,
polkovnik Pərviz İbrahimov jurnalistlərə
müsahibəsində deyib
ki, Vətən müharibəsinin nəticələri
Azərbaycan Ordusunun qarşıya qoyulmuş döyüş tapşırıqlarını
müvəffəqiyyətlə icra etdiyini göstərir. Hərbi hissəmiz hazırda döyüş
hazırlığı proqramına
uyğun olaraq bölmələrin səhra
vərdişlərinin daha
da artırılması
istiqamətində fəaliyyətini
davam etdirir.
Polkovnik
vurğulayıb ki, indi qarşımızda gecə məhdud görmə şəraitində
dağlıq ərazilərdə
atəş tapşırıqlarını
yerinə yetirmək, həmçinin pilotsuz uçuş aparatları ilə qarşılıqlı
fəaliyyəti genişləndirmək,
onlardan alınan kəşfiyyat məlumatlarını
təhlil etmək vəzifələri dayanır. Hazırda çöl dərsləri
ilə məşğul
olan şəxsi heyətin mənəvi-psixoloji
vəziyyəti yüksək
səviyyədədir.
Azərbaycan. - 2021.- 11 fevral.- S.3.