Xorvatiyalı jurnalist azad edilmiş torpaqlarda vandalizm aktlarına məruz qalmış abidələrimiz barədə məlumatlandırılıb

 

 

Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı XorvatiyanınVeçerniy Listqəzetinin jurnalisti Hasan Haydar Diabla görüşüb.

 

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə mübariz Qurbanlı xorvatiyalı jurnalistin suallarını cavablandırıb.

 

Müsahibəsində Azərbaycandakı dini vəziyyət, ölkəmizdə mövcud olan dinlərin tarixi, dövlət tərəfindən dini sahəyə göstərilən diqqət qayğı, işğaldan azad olunmuş torpaqlarda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi-dini abidələr barədə geniş məlumat verib.

 

Bildirilib ki, Avropa ilə Asiyanın qovuşuğunda, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin, həmçinin digər dinlərin nümayəndələrinin əsrlərlə dinc şəraitdə yaşadıqları tərəqqi etdikləri dünyəvi ölkədir. Azərbaycanda müxtəlif mədəniyyətlərə dinlərə münasibətdə hörmət tolerantlıq ənənəsi var. Müxtəlif dini icmalar ölkəmizin inkişafında fəal rol oynayırlar.

 

Dövlət siyasətində tolerant multikultural dəyərlərin təşviqinin çox mühüm yer tutduğunu vurğulayan komitə sədri bildirib ki, bu ənənə ulu öndər Heydər Əliyevin siyasi kursunda da önəmli yer tutub hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Müxtəlif dini konfessiyalar arasındakı harmoniyaya diqqət çəkən M.Qurbanlı bu birliyin erməni işğalçıları üzərində Azərbaycanın Qələbəsi ilə nəticələnən 44 günlük müharibə zamanı özünü daha qabarıq şəkildə büruzə verdiyini xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri Vətən müharibəsində könüllü olaraq iştirak ediblər.

 

Eyni zamanda, qeyd edilib ki, ermənilər işğal müddətində Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi mədəni abidələrə qarşı vandalizm aktları törədərək qədim Alban dövlətinə aid abidələri ciddi saxtakarlıqlara məruz qoyub, qriqoryanlaşdırmağa çalışıblar. M.Qurbanlı yüzlərlə dini abidəmizin - məscid, kilsə, ziyarətgah qəbiristanlıqların dağıdıldığını, məscidlərimizin tövlə halına salındığını söyləyib.

 

Ətraflı müsahibəyə görə təşəkkürünü bildirən jurnalist işğaldan azad olunan torpaqlarımıza səfər edəcəyini, bu faktları işıqlandıracağını bildirib.

 

Sonda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim olunub.

 

 

Azərbaycan. - 2021.- 11 fevral.- S.3.