Könüllülərin iştirakı
ilə “Bir-birimizi qoruyaq!” kampaniyasına start verilib
Azərbaycan
könüllüləri ölkədə
karantin rejiminin yumşaldılması ilə
əlaqədar xəstəliyin
yayılmasının qarşısının
alınması üçün
dövlətimiz tərəfindən
həyata keçirilən
tədbirlərə töhfə
vermək, eləcə
də koronavirus
(COVID-19) ilə mübarizədə
yorulmadan fəaliyyət
göstərən polis
əməkdaşlarına dəstək
məqsədilə “Bir-birimizi
qoruyaq!” kampaniyasına
yenidən start veriblər.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Könüllü
Təşkilatları İttifaqının
və Bakı Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı
ilə keçirilən
kampaniya çərçivəsində
könüllülər polis
əməkdaşları ilə
birlikdə insanların
kütləvi toplaşdığı
yerlərdə sosial məsafənin təmin
olunması, maskadan düzgün istifadə və pandemiya dövründə davranış
qaydaları haqqında
ictimai maarifləndirmə
işləri aparıb,
eləcə də vətəndaşlara qoruyucu
tibbi ləvazimatlar, üzərində təbliğat
və təşviqat yazıları əks olunmuş bukletlər paylayıblar. Kampaniyanın
fevralın 12-dək davam
etməsi nəzərdə
tutulub.
Qeyd
edək ki, Azərbaycan könüllüləri
bundan əvvəl də pandemiya ilə mübarizə və vətəndaşlarımızın
sağlamlığının qorunması məqsədilə
Azərbaycan Könüllü
Təşkilatları İttifaqının
təşəbbüsü ilə “Könüllü qonşu”, “Böyüklərimizi
qoruyaq!”, “Könüllü
donor”, “Gələcəyimizi
qoruyaq!” kimi sosial layihələrin və yardım kampaniyalarının həyata
keçirilməsində yaxından
iştirak ediblər.
Azərbaycan. - 2021.-11 fevral.- S.3.