BMT
komissiyasının sessiyasında
Azərbaycanda aparılan
sosial islahatlar, pandemiya dövründə dəstək tədbirləri barədə
məlumat verilib
BMT-nin Sosial İnkişaf
Komissiyasının 59-cu sessiyası
öz işinə başlayıb. Fevralın 17-dək davam edəcək
sessiyanın Nazirlər
Forumunda çıxış
edən Azərbaycanın
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə
həyata keçirilən
sosial islahatlar, pandemiya dövründə
görülən sosial
dəstək tədbirləri
barədə məlumat verib.
O,
əhalinin rifahının
yaxşılaşdırılmasının
Azərbaycanda aparılan
sosial-iqtisadi islahatların
əsasını təşkil
etdiyini, ölkədə
sosial xərclərin mütəmadi artımının
bunun əyani sübutu olduğunu deyib. Hətta qlobal böhranın
davam etdiyi dövrdə əhalinin gəlirlərinin qorunmasına
xüsusi diqqət yetirildiyini, sosial ödənişlərin artırılması
tədbirlərinin davam
etdirildiyini bildirib. 2019-cu ildə Azərbaycanda reallaşdırılan
mühüm sosial dəstək paketlərindən
bəhs edən A.Kərimov xüsusilə COVID-19 pandemiyasının hökm sürdüyü
2020-ci ildə bu paketlərin əhaliyə
ciddi sosial dəstək olduğunu vurğulayıb. İcra olunan ünvanlı sosial yardım proqramının aztəminatlı
ailələrin sosial müdafiəsinə dəstək
olmaqla, yoxsulluğa qarşı mübarizədə
də fəal bir vasitə olduğunu qeyd edib.
Nazir
müavini COVID-19 pandemiyasının
mənfi nəticələrini
aradan qaldırmaq üçün hələ
2020-ci ilin aprelində
ölkəmizdə qəbul
olunmuş xüsusi proqramlar əsasında 4 istiqamətdə məşğulluğa
və sosial rifaha dəstək məqsədilə həyata
keçirilən, 5 milyon
insanı və ya ölkə əhalisinin yarısını əhatə edən sosial dəstək tədbirlərini qeyd edib. A.Kərimov iş yerlərinin
qorunması sahəsində
aparılan işləri,
xüsusi karantin dövründə işə
çıxmayan 900 min
işçinin əməkhaqlarının
ardıcıl ödənildiyini,
pandemiyaya qarşı
mübarizədə sosial
həmrəylik prinsiplərinə
riayət edilməsi üçün işəgötürənlərlə
aparılan işləri qeyd edib. O, özəl
sektorda əmək müqavilələrinin sayında
ötən il qeydə alınan ciddi artım, işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən
şəxslərdən ibarət 600 min şəxsin birdəfəlik
ödəmələrlə təminatı proqramı barədə məlumat verib.
Azərbaycan. - 2021.-11 fevral.- S.4.