Ötən il 95 min pensiya, müavinət təqaüd təyinatı e-qaydada aparılıb

 

 

 

Azərbaycanda qurulan elektron təyinat sistemləri vasitəsilə 2020-ci ildə e-qaydada 95 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Onlardan 11 mini pensiya, 84 mini müavinət təqaüd təyinatları olub.

 

Beləliklə, bu sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə onlara həmin sosial ödənişlər təyin edilib.

 

Xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin (təqaüd, pensiya ya müavinətin) təyinatı prosesinin operativ icrasında bu e-sistemlər xüsusi önəm kəsb edib. Həmin ailələrin müraciətinə ehtiyac qalmadan müvafiq ödənişlərin avtomatlaşdırılmış mexanizm üzərindən proaktiv təyinatı aparılır.

 

Azərbaycan. - 2021.-11 fevral.- S.4.