Sahibkarlar əməkdaşlığa
dəvət edilib
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AzPROMO) təşkilatçılığı ilə İxracatçılar
Klubu çərçivəsində
sahibkarlarla onlayn görüş keçirilib.
AzPROMO-nun
yaydığı xəbərə
görə, qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət
göstərən 50-dən çox şirkət nümayəndəsinin iştirak
etdiyi görüşdə
qeyri neft-qaz məhsullarının ixracının
artırılması, sahibkarlarla
əməkdaşlıq imkanlarının
genişləndirilməsi, iş adamlarına fərdi yanaşmanın tətbiqi barədə fikir mübadiləsi aparılıb.
AzPROMO-nun
rəhbəri vəzifələrini
icra edən Yusif Abdullayev tətbiq ediləcək yeni iş prinsipləri
barədə məlumat
verib, fond tərəfindən sahibkarlara
ixracın təşviqi
və həcminin artırılması məqsədilə
daha geniş xidmətlərin göstəriləcəyini
bildirib. O, sahibkarları
Azərbaycan məhsullarının
xarici bazarlarda satışının artırılması
istiqamətində sıx
əməkdaşlığa dəvət edib.
Sonda sahibkarları maraqlandıran
suallar cavablandırılıb,
təkliflər dinlənilib,
müzakirələr aparılıb.
Azərbaycan. - 2021.-11 fevral.- S.4.