Ötən ayda ölkə üzrə 3,6
milyard manatlıq sənaye məhsulları istehsal olunmuşdur
Sənaye
müəssisələri və
bu sahədə fəaliyyət göstərən
fərdi sahibkarlar tərəfindən 2021-ci ilin
yanvar ayında 3,6 milyard manatlıq və ya 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 3,4 faiz
az sənaye məhsulu istehsal edilmişdir.
Bu azalma
neft-qaz sektorunda məhsul istehsalının
5,4 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,8 faiz artmışdır.
Sənaye
məhsulunun 64,9 faizi mədənçıxarma sektorunda,
29,2 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi
və təchizatı
sektorunda, 0,6 faizi isə su təchizatı,
tullantıların təmizlənməsi
və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik
neft hasilatı 4,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,9 faiz artmışdır. Emal sektorunda əczaçılıq
məhsullarının istehsalı
10,4 dəfə, dəri
və dəri məmulatlarının, ayaqqabıların
istehsalı 3,9 dəfə,
tütün məmulatlarının
istehsalı 2,9 dəfə,
ağacın emalı
və ağacdan məmulatların istehsalı
2,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 97,0 faiz,
elektrik avadanlıqlarının
istehsalı 96,3 faiz, maşın və avadanlıqların quraşdırılması
və təmiri işləri 29,1 faiz, maşın və avadanlıqların istehsalı
23,5 faiz, kağız və karton istehsalı 21,4 faiz, tikinti materiallarının
istehsalı 21,2 faiz, kimya sənayesi məhsullarının istehsalı
14,3 faiz, toxuculuq sənayesi məhsullarının
istehsalı 10,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı
8,1 faiz, içkilərin
istehsalı 4,8 faiz, qida məhsullarının
istehsalı 3,0 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı
1,9 faiz, geyim istehsalı 10,3 faiz, neft məhsullarının
istehsalı 20,4 faiz, hazır metal məmulatlarının istehsalı
24,9 faiz, mebel istehsalı 46,8 faiz, kompüter, elektron və optik məhsulların
istehsalı 53,4 faiz, poliqrafiya məhsullarının
istehsalı 60,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı
66,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və
buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi
və emalı sektorunda isə 2,2 faiz artmışdır.
Azərbaycan. - 2021.-11 fevral.- S.4.