Azərbaycan qadınlarının ilk qurultayı

 

 

 

1921-ci il fevralın 11-də Bakıda Azərbaycan qadınlarının I qurultayı başa çatıb. Qurultay coşqun, siyasi nümayişlə bitib. Qadınlar bayraq transporantlarla dəniz sahilinə nümayişə çıxıblar. Azərbaycan qadınları ilk dəfə belə mütəşəkkil şəkildə toplanaraq öz birliklərini, mübarizliklərini göstəriblər.

 

 

 

Məşəqqətli illər...

 

          

 

Azərbaycan qadınları tarixboyu çox məşəqqətlər çəkiblər. Şəriət qaydaları bəhanəsi ilə hüquqları əllərindən alınıb. Çarizm dövründə Azərbaycan qadınlarının həyatı ağır keçib. Çar Rusiyasının son dönəmlərində məmləkətimizdə mövcud olan 942 məktəbdə təhsil alan 62161 uşaqdan 22161 nəfəri azərbaycanlı idi. Onlardan isə 1862 nəfərini qızlar təşkil edirdi.

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti böyük amallarla quruldu. Cümhuriyyət hökuməti çox ağır şəraitdə Azərbaycan vətəndaşlarının tərəqqisi naminə misilsiz işlərə başladı. Qadınlara səsvermə hüququ verildi. Ancaq cümhuriyyət dönəmində müharibə digər çətinliklər təhsil ictimai həyatda görüləcək bir sıra işləri əngəllədi. Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradılması nəticəsində isə həyata keçilməyə başlayan nəzərdə tutulan işlər yarımçıq qaldı.

 

 

 

Kommunizm quruculuğunda qadınlara bəslənən ümidlər...

 

 

 

Bolşeviklər qadın azadlığı mövzusunu partiya proqramının əsas müddəaları sırasına daxil etdilər. Çünki kommunizmin qurulması üçün qadın savadsızlığının ləğvini əsas faktor hesab edirdilər. Beləliklə, 1920-ci illərdə Azərbaycanda da yeni bir cəmiyyət qurmağın ən vacib vəzifəsi qadının azad edilməsi, onu iqtisadi, sosial mədəni həyat arenasına çıxarmaq oldu. Əhalinin yarısını qadınlar təşkil edirdi. Onların yeni cəmiyyətin qurulmasında kişilərlə bərabər iştirakı zəruri idi. Qadın məsələsinin, qadın əməyinin, mədəni səviyyəsinin təhsilinin hərtərəfli öyrənilməsinə dair planlar tərtib edilməyə başlanıldı.

 

Qadınların böyük əksəriyyəti hələ onlara verilən hüquqların mahiyyətini tam dərk etmək iqtidarında deyildi. Bir vacib vəziyyəti mürəkkəbləşdirən, faciələrə yol açan səbəb isə Azərbaycanda qadın probleminin həllinə cəmiyyətin mane olması idi. Elə bu səbəbdən fərmanların, qanunların qaydaların qəbul olunması qadınların həqiqi bərabərliyinin həyata keçirilməsi demək deyildi. Odur ki, qanunverici aktları əhali arasında tanıtmaq üçün təşkilatlar yaratmaq,  maarifləndirmə işləri aparmaq vacib idi. 1920-ci ilin noyabr ayından Azərbaycanın hər yerində qadın probleminin həllində müstəsna rol oynayan qadın şöbələri yaradılmağa başladı. Qadın şöbələri yeni bir həyatın qurulmasında yaxından iştirak etdi. Həmin şöbələrin fəaliyyəti nəticəsində qadınlar tədricən ictimai işlərə cəlb olundu.

 

Bakıda qadın şöbə müdirlərinin ilk iclası 1921-ci ilin yanvarında çağırıldı. Bu şöbələrin qadınlarla ünsiyyət formalarından biri kimi 1919-cu ildən 1933-cü ilədək mövcud olan nümayəndə heyətləri yaradıldı. Nümayəndələr işçi kəndli qadınlar arasından bir il müddətinə seçilirdi. Həmin qadınlar sonradan Nümayəndə məclisləri adlanan qruplarla birləşdi.

 

Qadınların ictimai həyatda, cəmiyyətdə rolu getdikcə artmaqda idi. Artıq onların səsi müxtəlif peşələrdən gəlirdi. Qadınların müxtəlif sahələrdə fəallıqlarının yüksəldilməsi davam etdirilirdi.

 

1920-ci ilin iyununda qadın hərəkatının fəal iştirakçılarından olan Ceyran Bayramovanın mənzilində Azərbaycanda ilk qadın klubu təşkil edildi. Ceyran Bayramova, Nisə Qafarova, Zeynəb Rizvanova, Ayyıldız Qasımova başqaları müsəlman qadınlarını klubun işinə cəlb etmək üçün təbliğat işlərinə başladılar.

 

1920-ci il 21 iyulda qadın bərabərliyi qanunlarının pozulmasına qarşıMülki nikah, uşaqlar haqqında dövlət aktları kitablarının tətbiqi haqqındafərman hazırlandı. Çoxarvadlılıq, müvəqqəti nikah (siğə), qızların evlənməyə məcbur edilməsi qadağan olundu.

 

 

 

Qurultayda müzakirə edilən mühüm məsələlər

 

 

 

Azərbaycan qadınlarının I qurultayı zülm köləlik daşını atmış savadsız, hələ azadlığın olduğunu dərk edə bilməyən qadınların maarifləndirilməsi, fəal həyata cəlb olunması uğrunda işlərin davam etdiyi bir vaxtda - 1921-ci ilin fevralında çağırıldı. Azərbaycanın hər tərəfindən gələn qadınlar Bakıda toplaşdılar. Dörd gün davam edən qurultay Azərbaycan qadınlarının oyanışında çox mühüm rol oynadı.

 

1921-ci il fevralın 8-dən 11-dək Bakıda keçirilən Azərbaycan qadınlarının qurultayında 1188 nümayəndə iştirak etdi. Onların 815-i Bakıdan, 369-u respublikanın 12 əyalətindən, 4-ü Dağıstandan gəlmişdi. Nümayəndələrin milli tərkibi belə idi: azərbaycanlılar - 41,8 faiz, ruslar - 36,7 faiz, ermənilər - 13,8 faiz, digər millətlərin nümayəndələri - 7,7 faiz.

 

Qurultayın çağırılmasında əsas məqsəd respublikada çalışan qadınların fəallığını yüksəltmək mahallarda qadın şöbələrinin işini təşkil etmək idi. QurultaydaMövcud vəziyyət haqqında”, “Maarifçilik haqqında”, “Şərq qadınlarının konqresi haqqındaməsələlər müzakirəyə çıxarıldı.

 

Bu qurultaydan sonra Azərbaycan qadınlarının həyatında mühüm hadisələr baş verdi. 1920-ci ildən başlayan qadınla kişinin hüquqlarının bərabərləşdirilməsi siyasətinin həyata keçirilməsi asan olmadı. Xüsusilə çadranın atılmasından narazı qalan kişilər təhdidlər yağdırırdılar, hətta qətlə belə əl atırdılar. Ancaq görülən tədbirlər nəticəsində tədricən qadınla kişi arasında savadsızlıq fərqi aradan qaldırıldı. Azərbaycan qadınlarının bütün sənət sahələrində böyük istedada malik olduqlarını, ictimai həyatda fəallıqlarını göstərmələri üçün şərait yarandı.

 

 

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan. - 2021.-11 fevral.- S.6.