Azərbaycan yaxın
gələcəkdə həm
də “yaşıl enerji” məkanı olacaq
Müasir dövrdə dünyanın
qabaqcıl ölkələrində
alternativ və bərpaolunan enerji mənbələrindən istifadə
getdikcə genişlənir.
Bu baxımdan
Azərbaycanda da enerjidən səmərəli
istifadə edilməsinə
və yeni dayanıqlı enerji mənbələrinin yaranmasına
üstünlük verilir.
Təsadüfi deyil ki, “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər”də də
bu məsələ özünə önəmli
yer alıb. Sənəddə qeyd edilir ki, indiki
və gələcək
nəsillərin tələbatını
dolğun ödəmək
məqsədilə ekoloji
baxımdan əlverişli
olan “yaşıl” texnologiyaların tətbiqi
genişləndirilməlidir. Həmçinin elmi-texniki
potensiala əsaslanmaqla
iqtisadiyyatın bütün
sahələrində alternativ
və bərpaolunan enerji mənbələrinin
ilkin istehlakda payı artırılmaqla iqlim dəyişikliklərinə
təsir azaldılmalıdır.
Energetika
naziri Pərviz Şahbazov və Səudiyyə Ərəbistanı
Krallığının ölkəmizdə
külək elektrik stansiyası inşa edəcək “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyanın
videokonfrans formatında
keçirdikləri görüş
də bu məqsədə xidmət
edir. Görüşdə qoyuluş gücü
240 meqavat (MVt) olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və
ötürücü şəbəkəyə
qoşulma müqavilələrinin
imzalanmasından sonrakı
müddət ərzində
görülən və
planlaşdırılan işlər
müzakirə edilib.
Qeyd olunub ki, Prezident İlham
Əliyevin “Bərpaolunan
enerji mənbələrindən
istifadə sahəsində
pilot layihələrin
həyata keçirilməsi
tədbirləri haqqında”
5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış
komissiyanın artıq
beş iclası keçirilib.
Hər iki tərəfdən layihənin icrasına cəlb olunan ekspertlərin peşəkarlığı
yüksək qiymətləndirilib.
Bildirilib ki, müqavilə tərəfləri
arasında yüksək
inam və etibarın olması layihənin vaxtında və uğurla tamamlanacağına əminlik
yaradır. Sahə üzrə eləcə də təlim, seminar, məlumat mübadiləsi tədbirlərinin
həyata keçirilməsinin
zəruriliyi vurğulanıb.
Çünki bu, yalnız biznes layihəsi deyil,həm də bilik və
təcrübə transferi
layihəsidir.
Xatırladaq ki, sözügedən külək elektrik stansiyası layihəsi ilə bağlı müvafiq müqavilələr
Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında ötən il dekabrın 29-da imzalanıb.
Prezident
İlham Əliyevin tapşırığına əsasən,
ümumiyyətlə, ölkənin
elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə
bərpaolunan enerji mənbələrinin payının
2030-cu ilədək 30 faizə
çatdırılması, habelə investisiya şirkətləri ilə
yeni layihələrin həyata keçirilməsi
ilə bağlı danışıqların aparılması üçün
tədbirlər davam etdirilir. Bu məqsədlə
beynəlxalq məsləhətçi
şirkət cəlb edilərək elektrik şəbəkəsinə qoşulacaq
yeni güclərin dövrlər üzrə optimal həddinin müəyyənləşdirilməsi təmin olunub.
Almaniyanın
VPC şirkəti tərəfindən
hazırlanmış hesabata
əsasən, qarşıya
qoyulmuş 30 faiz hədəfinə nail olmaq üçün ölkəmizdə 2030-cu ilədək
ümumilikdə 1500 meqavat
qoyuluş gücündə
yeni bərpaolunan enerji stansiyaları quraşdırılmalıdır. Ümumi gücün
2020-2022-ci illərdə 440 meqavat, 2023-2025-ci illərdə 460 meqavat, 2026-2030-cu illərdə
600 meqavat olmaqla 3 dövrdə şəbəkəyə
inteqrasiyası məqsədəuyğun
hesab edilib. Eyni zamanda şirkət tərəfindən bərpaolunan
enerji üzrə yeni qoyuluş güclərinin inteqrasiyası
ilə bağlı müvafiq tədbirlər paketi təqdim edilib. 2030-cu ilə qədər olan müddət ərzində
tədbirlərin həyata
keçirilməsi üçün
vaxt cədvəli hazırlanıb, lazımi
tədbirlər üçün tələb
olunan büdcə hesablanıb və müvafiq dövrlərdəki
fəaliyyətlər üzrə
bölünüb. Hazırda
hesabat müvafiq sahədə fəaliyyət
göstərən təsərrüfat
subyektləri ilə müzakirə edilir.
Sözügedən istiqamətdə görüləcək
işlərdən biri
də Böyükşor
gölündə üzən
günəş panellərinin
quraşdırılması layihəsidir. Belə ki, “Üzən
günəş panelləri
sisteminin inkişafına
dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində
Böyükşor gölündə
100 kilovata qədər
gücə malik olacaq 9 fotovoltaik sistemin quraşdırılması,
habelə günəş
qurğularının
quraşdırılmasında özəl sektorun iştirakının təşviqi
məqsədilə biznes
modellərinin formalaşdırılması,
təlimlər vasitəsilə
milli potensialın gücləndirilməsi planlaşdırılır.
Layihənin icrasının
2023-cü ilin mart ayına qədər başa çatdırılması
nəzərdə tutulur.
Hazırda Xəzər dənizində
və sahilyanı ərazilərdə də
külək enerjisinin
potensialı öyrənilir.
Bu məqsədlə Energetika Nazirliyi Dünya Bankı qrupuna daxil olan
Beynəlxalq Maliyyə
Korporasiyası ilə
“Azərbaycanda dənizdə
külək enerjisindən
istifadənin inkişafı
üzrə Yol Xəritəsi”nin hazırlanması
istiqamətində əməkdaşlıq
edir. Yol xəritəsinin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib
olunması, zonaların
müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması,
təsirlərin qiymətləndirilməsi,
icazə və razılıqların verilməsi,
normativ hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü
şəbəkənin yenidən
qurulması, təchizat
zəncirinin öyrənilməsi
kimi məsələləri
əhatə edəcək.
“Azərbaycan Respublikasının
Energetika Nazirliyi və Dünya Bankı qrupu arasında dənizdə külək enerjisindən
istifadə sahəsində
əməkdaşlığa dair anlaşma memorandumu”nun imzalanması nəzərdə tutulur.
Dövlət
başçısının tapşırığına əsasən,
işğaldan azad edilmiş ərazilərimizdə
də “yaşıl enerji” zonasının yaradılması məqsədilə
bərpaolunan enerji mənbələrindən istifadə
ilə bağlı özəl investisiyaların
cəlb olunması üçün investorlarla
müzakirələr aparılır.
Həyata keçirilən ardıcıl
tədbirlər deməyə
əsas verir ki, ölkəmizdə tezliklə bərpa-olunan enerjidən daha geniş istifadə ediləcək. Azərbaycan
həm də “yaşıl enerji” məkanına çevriləcək.
Flora SADIQLI,
Azərbaycan. - 2021.-12 fevral.- S.1; 10.