D.Q.Quliyevə Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdünün
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1.
Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasının
90 illiyi münasibətilə
Azərbaycanda bədən
tərbiyəsi və
idman sahəsində kadr hazırlığındakı
xidmətlərinə görə
Dilqəm Qasım oğlu Quliyevə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdü verilsin.
2.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11
fevral 2021-ci il
Azərbaycan. - 2021.-12 fevral.- S.3.