“Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda görüş
keçirilib
Siyasi münasibətlərdə dialoq
mühitinin dəstəklənməsi
bilavasitə demokratik ənənələrin inkişafına
xidmət edən təcrübədir. Azərbaycan
iqtidarı müxtəlif
təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının
qorunmasını təmin
edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə
reallaşan sistemli islahatlar, eyni zamanda, siyasi münasibətlər sistemini
də əhatə edir. Dövlətimizin başçısının “Bu
gün siyasi sahədə çox genişmiqyaslı islahatlar
aparılır. Deyə
bilərəm ki, müstəqillik dövründə
miqyasa və nəticəyə görə
bu günə qədər islahatların
bu səviyyədə
aparılması müşahidə
edilmirdi. Hakimiyyət tərəfindən təklif
edilmiş siyasi dialoq demək olar ki, baş
tutur və biz artıq bu dialoqun ilkin
müsbət təzahürlərini
görürük. Demək
olar ki, ölkəmizin bütün
əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət
münasibətini bildirmişlər.
Beləliklə hesab edirəm
ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi,
müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam
zəmində qurulması
işində önəmli
addımlar atılacaqdır”
fikri, əslində, Azərbaycanda aparılan islahatlar kontekstində siyasi dialoqa ayrılan strateji əhəmiyyətdən xəbər verir. Siyasi proseslərdə iştirak
edən tərəflər
arasında sağlam münasibətlərin qorunması
və bu münasibətlərin tənzimlənməsi
üçün fərqli
təşəbbüslər reallaşmaqdadır. Ölkəmizin
artıq gündəlik
siyasi təcrübəsinə
daxil olmuş iqtidar-müxalifət dialoqu
davamlı şəkildə inkişaf edir.
Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə
siyasi dialoq mühitinin dəstəklənməsi
strateji əhəmiyyətə
malikdir. Dayanıqlı
siyasi dialoq mühitinin qorunması kontekstində isə sözügedən məfhumun
əhalinin ictimai şüurunda əks olunması məsələsi
aktuallaşır. Odur
ki, elmin müxtəlif sahələrinin
metodoloji potensialına
müraciət edərək
mövzunun Azərbaycan
cəmiyyətində təşviqi
vacib vəzifədir. Təsadüfi deyil ki, siyasi dialoq mühitinin
təşviqi, eləcə
də konkret məsələlərin, o cümlədən
qanun layihələrinin,
sosial problemlərin, siyasi və digər təzahürlərin
müvafiq sahələrin
mütəxəssisləri ilə birgə müzakirəsi təcrübəsi
artıq ölkəmizin siyasi reallığının ayrılmaz
xüsusiyyətlərindəndir.
AZƏRTAC xəbər
verir ki, fevralın 11-də Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı
ilə videokonfrans formatında “Siyasi dialoqun Azərbaycan modeli” adlı ilk görüş təşkil olunub. Ölkəmizin qabaqcıl
ali təhsil müəssisələrinin, həmçinin AMEA-nın müvafiq institutlarının rəhbər
və mütəxəssislərinin
iştirakı ilə
keçirilmiş tədbirdə
siyasi dialoqun müxtəlif təzahür
formaları müzakirə
edilib.
Tədbiri
giriş sözü ilə açan adıçəkilən şöbənin
müdiri Ədalət
Vəliyev ölkə
rəhbərliyi adından
alim və mütəxəssisləri salamlayaraq,
Azərbaycanda aparılan
sistemli islahatlar, o cümlədən dayanıqlı
demokratik ənənələrinin
formalaşmasına xidmət
edən siyasi dialoq məfhumunun
təşviqi istiqamətində
görülmüş işlər
haqqında geniş məlumat verib.
Siyasi
prosesləri müxtəlif
aspektlərdən tədqiq
edən alimlərlə
açıq müzakirələrin
təşkil olunmasını
yüksək qiymətləndirən
Administrasiya rəsmisi
siyasi dialoqun təşviqində, xüsusilə
ölkədə dialoq
ənənələrinin formalaşmasında
alim və tədqiqatçıların əvəzolunmaz
rolunu vurğulayıb,
siyasi dialoqun fəlsəfi, sosial, iqtisadi, tarixi və digər təzahür formalarının
müəyyənləşdirilməsi istiqamətində mövcud
fəaliyyətin daha effektiv olduğunu qeyd edib.
Dayanıqlı
inkişafın, siyasi
sabitliyin, həmrəylik
mühitinin və demokratik ənənələrin
təminatçısı olan
siyasi dialoqun qorunması və inkişafının dövlət
siyasətinin strateji vəzifəsi olduğunu bildirən Ədalət Vəliyev bu məsələdə bütün
potensialların səfərbər edilməsinin vacibliyini vurğulayıb.
Alim
və mütəxəssislər
ilə ilk görüşün məhz
Vətən müharibəsində
qazanılan Qələbədən
sonrakı dövrə
təsadüf etdiyini əlamətdar hadisə kimi qiymətləndirən
Administrasiyanın şöbə
müdiri Prezident İlham Əliyevin fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim
yaranmışdır, müsbət
iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər
qüvvələrin bir
amalı var idi - torpaqlarımızın
işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail
olduq. Bu gün isə
bizim qarşımızda
bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi
durur”. Ölkənin inkişafında strateji resurs hesab olunan
milli və siyasi həmrəyliyin qorunması işində bütün mövcud potensialların səfərbər
olunmasının vacibliyini
vurğulayan Ədalət Vəliyev alimlərin bu proseslərdə xüsusi
rolunu da qeyd edib.
Dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus
keyfiyyətlərdən biri
olduğunu yada salan natiq ölkəmizdə
əsrlər ərzində
formalaşmış tolerant
və multikulturalizm mühitinin qorunmasının
vacibliyini də qeyd edib. Kontekst
inkişaf etdirilərək
mövcud istiqamətdə
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva tərəfindən
görülmüş işlər
haqqında məlumatlar
tədbir iştirakçılarının
diqqətinə çatdırılıb.
Sonra
tədbirdə iştirak
edən AMEA-nın Hüquq və İnsan Hüquqları İnstitutunun direktoru, professor Aytən Mustafazadə “Həmrəylik
– Prezident İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri
kimi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Siyasi dialoqun tarixi əhəmiyyəti”, AMEA-nın Fəlsəfə
və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Dialoq
demokratik münasibətlərin
təzahürü kimi”,
AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov “Azərbaycan milli tarixi elminin ölkənin ictimai-siyasi həyatında yeri və rolu: siyasi
dialoq konteksti”, AMEA-nın Elm Tarixi
İnstitutunun elmi katibi Zaur Əliyev “Siyasi
dialoq sağlam rəqabətin təminatçısı
kimi”, Azərbaycan Turizm və Menecment Universitetinin professoru İbrahim Əliyev “Müstəqil Azərbaycan Respublikasının
təşəkkülü və yüksəlişində
milli birlik amili”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin müdiri,
dosent Vahid Ömərov “Azərbaycanda uğurlu siyasi dialoq siyasəti”, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının kafedra
müdiri, professor Namiq Əliyev “Vətən müharibəsində
əldə olunan böyük Qələbə
və milli həmrəylik”, AMEA İqtisadiyyat
İnstitutunun dosenti Ramil Əliyevin “İqtisadiyyatın inkişafında
dialoq amili”, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri,
dosent Üzeyir Şəfiyevin “İctimai
münasibətlər və
siyasi dialoq”, həmçinin Azərbaycan
Dillər Universitetinin
nümayəndəsi Sərraf
Hüseynov “Ölkəmizdə
müxtəlif siyasi baxışları olan gənclər arasında siyasi dialoq mühiti”
və AMEA-nın Şərqşünaslıq
İnstitutunun şöbə
müdiri Səməd
Bayramzadə “Azərbaycanda
siyasi dialoq ənənələri” mövzuları
üzrə məruzələrlə
çıxış ediblər.
Tədbirə
yekun vuran Administrasiyanın rəsmisi
Prezident İlham Əliyevin “Hakimiyyət tərəfindən atılan
addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən
buna müsbət reaksiya verilməsi müstəqillik dövründə
tam yeni vəziyyətin yaradılmasına
gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə
edilmirdi” fikrini səsləndirərək bildirib
ki, məhz dövlətimizin başçısının
siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi
nəticəsində ölkəmizdə
dialoq mühiti inkişaf edib.
Vətən
müharibəsi dövründə
dünya ictimaiyyəti
Azərbaycanda mütləq
siyasi həmrəyliyin,
həmçinin bütün
xalqın bir yumruq olaraq böyük
Qələbə naminə
Prezident İlham Əliyevin ətrafında
sıx birləşməsinin
şahidi olduğunu bildirən tədbir iştirakçıları siyasi proses və
tendensiyaların tədqiqinə,
eləcə də demokratik dəyərlərin
təşviqinə xidmət
edən təşəbbüslərin
icrasında elmi potensialın cəlb olunmasını yüksək
qiymətləndiriblər.
Azərbaycan. - 2021.-12 fevral.- S.3.