Baş Prokurorluğun yeni inzibati bina kompleksinə mediatur təşkil edilib

 

 

 

Fevralın 11-də Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən yeni inzibati bina kompleksinə mediatur təşkil olunub.

 

AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təşkil olunan mediaturun məqsədi yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.

 

Mediatura rəhbərlik edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə siyasəti yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması, müasir inzibati binaların inşasının davam etdirildiyi barədə məlumat verib.

 

Diqqətə çatdırılıb ki, inşasına 2018-ci ildə başlanılmış kompleksin fevralın 8-də keçirilmiş açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Əməkdaşların səmərəli fəaliyyəti üçün bütün imkanların yaradıldığı inzibati bina prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.

 

K.Zeynalov bildirib ki, dörd korpusdan ibarət kompleksin altı dördmərtəbəli iki inzibati binasında Baş Prokurorluğun altı idarəsi Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcəkdir. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan iki binasında isə yataqxana konfrans korpusları yerləşir.

 

Bildirilib ki, bina kompleksi səkkiz sürətli lift, ehtiyat işıq generatoru, müasir havalandırma sistemləri, IP telefoniya, təhlükəsizlik kameraları, avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

 

İnzibati binada yaradılmış üç iclas 320 nəfərlik konfrans zallarında müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları təqdimatların keçirilməsi üçün hər cür imkan var. Kompleksin ümumi sahəsi 16 min 600 kvadratmetrdir. Kompleksin zirzəmisində xidməti avtomobillər üçün dayanacaq texniki otaqlar da yaradılıb.

 

Məlumat verilib ki, kriminalistika otağı da ən müasir cihaz avadanlıqla təmin olunub. Otaq əl-barmaq izlərini skaner üsulu ilə aşkarlayan tozlu səth üzərindən izləri götürmək üçün qurğu, hadisə yerinə baxış protokollarının nümunələrinə aid fotocədvəllər, müxtəlif növ kamera çəkilişlərinə baxış keçirilməsi cihazları, kvadrokopter, sualtı çəkiliş aparmaq üçün dron, qara əlvan metalların axtarışı, yer səthində müxtəlif predmetləri aşkarlamağa imkan verən cihaz s. avadanlıqla təchiz edilib.

 

Təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli kamera, metalaşkarlayıcı, çantayoxlayan rentgen qurğuları, turniketlər, eləcə əməkdaşlar üçün yeməkxana istifadəyə verilib. Kompleksin yardımçı binasında xidməti avtomobillər üçün dayanacaq texniki otaqlar nəzərdə tutulub.

 

Tədbirdə səyyar kriminalistik laboratoriyaların quraşdırıldığı avtomobillər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, avtomobillərdə quraşdırılmış batareyaların köməyi ilə mühərriklər işə salınmadan 1,5-2 saat ərzində avtonom rejimdə hadisə yerini, eləcə istintaq hərəkəti aparılan ərazini işıqlandırmaq mümkündür. Müasir texnika avadanlıqla təchiz edilən belə avtomobillər MDB məkanında yalnız Azərbaycandadır.

 

Qeyd olunub ki, kompleksin ətrafı abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, əməkdaşların işdən sonrakı vaxtlarda bədən tərbiyəsi ilə məşğul olmaları üçün stadion inşa edilib.

 

Mediatur çərçivəsində Baş Prokurorluğun inzibati bina kompleksində yaradılmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə tanışlıq olub.

 

Jurnalistlərə məlumat verən Kənan Zeynalov bildirib ki, qalereyada Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin cəbhəyanı cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh insanlıq əleyhinə olan cinayətləri sübut təsdiq edən raket qurğularının iriçaplı artilleriya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür. Qalereyada həmçinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı

 

İlham Əliyevin işğaldan azad olunmuş Şuşaya digər ərazilərə səfərlərini, eləcə Qələbə münasibətilə 2020-ci il dekabrın 10-da keçirilmiş hərbi paradı əks etdirən fotolar nümayiş olunur. Dövlət başçısının 2020-ci il 30 dekabr tarixli sərəncamı iləVətən uğrundamedalı ilə təltif edilmiş Azərbaycan Respublikasının prokurorluq orqanları işçilərinin siyahısı da qalereyada yer alıb. Qalereyada eyni zamanda 44 günlük Vətən müharibəsində iştirak etmiş, prokurorluqda işləyən dövlət qulluqçuları cəbhəyanı zonalarda xidmət edərkən fəaliyyətində fərqlənmiş əməkdaşların fotoları onlar barədə məlumatlandırıcı lövhələr də var.

 

 

Azərbaycan. - 2021.-12 fevral.- S.4.