Azərbaycanın və
Türkiyənin müdafiə
nazirləri “Qış
təlimi-2021” birgə təlimləri
çərçivəsində keçirilən təqdimatda
çıxış ediblər
Azərbaycan
Respublikasının müdafiə
naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar qardaş
ölkənin Qars vilayətində keçirilən
“Qış təlimi-2021” birgə
təlimləri çərçivəsində
fevralın 11-də “Ali
müşahidəçi günü”ndə
iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, mərasimdə müdafiə nazirlərinin
çıxışları dinlənilib.
Ümummilli
lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladan Zakir Həsənov diqqətə
çatdırıb ki,
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri
qardaş ölkələrimiz
arasındakı əlaqələrin daha da möhkəmlənməsini
təmin edir. Bütün sahələri
əhatə edən əlaqələrimiz hərbi
əməkdaşlığın da genişləndirilməsi
üçün ciddi
zəmin yaradıb.
“Qış təlimi-2021” birgə
təlimlərinin uğurla
keçirildiyini diqqətə
çatdran Azərbaycan
müdafiə naziri bildirib ki, təlimlərdə
qarşıya qoyulan tapşırıqlar uğurla
yerinə yetirilib. Bu, bir daha
əminlik yaradıb ki, təlimlərə cəlb edilən şəxsi heyət döyüş tapşırıqlarını
icra etməyə tam hazırdır. Bu təlimlər, eyni zamanda, bütün
dünyaya Azərbaycan
və Türkiyə Silahlı Qüvvələrinin
hər bir vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu nümayiş etdirib.
Türkiyə
Silahlı Qüvvələrinin
dünyanın ən qüdrətli ordularından
olduğunu diqqətə
çatdıran general-polkovnik
Zakir Həsənov vurğulayıb ki, bu təcrübədən
bəhrələnmək Azərbaycan
üçün mühüm
əhəmiyyət kəsb
edir.
Azərbaycanın
44 günlük müharibədə
Ermənistanı məğlub
edərək işğala
son qoyduğunu xatırladan nazir Zakir Həsənov bildirib ki, qardaş
Türkiyə Vətən
müharibəsi zamanı
siyasi, mənəvi və diplomatik dəstəyi ilə hər zaman yanımızda olub. Azərbaycan və Türkiyə hərbçilərinin
Bakıda keçirilmiş
Zəfər Paradında
birgə iştirakı
dostluğumuzun və qardaşlığımızın əbədi olmasının
nümunəsidir.
Qardaş
ölkənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanı
təmsil edən hərbi heyəti böyük səmimiyyətlə
salamlayaraq deyib ki, Türkiyənin və Azərbaycanın Silahlı qüvvələri
müasir avadanlıq və peşəkar şəxsi heyətlərinin
iştirakı ilə
qışda, yayda, eləcə də çətin dağ şəraitində quruda,
dənizdə, havada hər cür tapşırıqları yerinə
yetirməyə qadir olduqlarını nümayiş
etdiriblər. İki qardaş ölkə arasında hərbi sahəni əhatə edən əməkdaşlıq
çoxistiqamətli və
davamlıdır.
“Qış təlimi-2021” birgə
təlimlərinin texniki
göstəricilərindən bəhs edən nazir Hulusi Akar
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın
tarixi əhəmiyyət
daşıdığını ifadə edib. Minsk qrupunun otuz ildə aradan qaldıra bilmədiyi işğala Azərbaycan Silahlı Qüvvələrinin 44 gündə
son qoyduğunu diqqətə çatdıran
nazir bildirib ki, əldə olunan şanlı zəfər Türkiyə
üçün qürurvericidir.
Türkiyənin
terrorizmə qarşı
qətiyyətlə mübarizə
apardığını, dövlət
sərhədi boyunca təhlükəsizlik tədbirlərini
bundan sonra da uğurla davam etdirəcəyini vurğulayan Hulusi Akar çıxışında
gündəmdə olan
digər məsələlərə
də münasibət
bildirib.
Azərbaycan. - 2021.-12 fevral.- S.5.