ANAMA:
Sentyabrın 27-dən indiyədək
piyada və tank əleyhinə 8972 mina zərərsizləşdirilib
Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) tərəfindən
mina və partlamamış hərbi sursatın təmizlənməsi
əməliyyatları Ağdam,
Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı,
Tərtər rayonları
və Şuşa şəhəri ərazisində
aparılır.
ANAMA-dan
AZƏRTAC-a bildiriblər ki,
Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd
dəmiryolu xətləri,
Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu
istiqamətində avtomobil
yollarının, Füzuli-Şuşa,
Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək
gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi əməliyyatları
davam edir.
Mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatları
əllə minaaxtarma,
mexaniki minatəmizləmə
maşınlarının və
minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
Sentyabrın 27-dən etibarən aparılmış
minatəmizləmə əməliyyatları
zamanı 15 milyon 75 min 602 kvadratmetr ərazi yoxlanılıb, piyada və tank əleyhinə 8972 mina, 6569 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Agentlik bir daha bildirir
ki, işğaldan azad edilmiş ərazilər minalar, partlamamış hərbi sursat, tərkibində partlayıcı olan qurğular və müharibənin partlayıcı
qalıqları ilə
çirklənmiş ərazilərdir.
Təhlükəsizlik səbəbindən
vətəndaşların xüsusi
icazə olmadan həmin ərazilərə
girişi qadağandır.
Azərbaycan. - 2021.-12 fevral.- S.5.