Dünya Azərbaycanı Qafqazın şəriksiz lideri kimi birmənalı
qəbul edir
Avropanın mühüm siyasi-iqtisadi mərkəzi olan London Qafqazın əsas siyasi-iqtisadi paytaxtı Bakı ilə tərəfdaşlığını
genişləndirməkdə qərarlıdır
Azərbaycanın 44 günlük Vətən savaşında düşmən
üzərində əldə
etdiyi tarixi zəfər təkçə
regional əməkdaşlığın
dərinləşdirilməsi deyil, eyni zamanda
regional lider statusumuzun daha geniş coğrafiyada tanınmasına imkan verdi.
Vətən savaşında Böyük Britaniyadan tam dəstək gəldi
Əsas məqamlardan biri dünyanın iqtisadi potensiallarına görə
“top-10”na daxil olan ölkələrin artıq
Azərbaycanla yalnız
siyasi deyil, həm də iqtisadi sferada əlaqələrin dərinləşdirilməsinə
maraq göstərmələridir.
Xüsusən də regionda
Azərbaycanla əlaqələrin
dərinləşdirilməsinə Böyük Britaniya daha çox maraq göstərir. 44 günlük Vətən savaşının ardından
Azərbaycandakı səfiri
vasitəsilə rəsmi
Bakını təbrik
edən London işğaldan azad edilmiş ərazilərin
həm minalardan təmizlənməsinə, həm
də yenidən qurulmasına açıq
dəstək verə biləcəyini ifadə etdi.
Birləşmiş
Krallığın Avropa
qonşuluğu və
Amerika məsələləri
üzrə dövlət
nazirinin Azərbaycana səfərə gəlməsi
də rəsmi Londonun münasibətlərin
dərinləşdirilməsinə marağını göstərir.
Ümumiyyətlə, Böyük
Britaniya ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi sferada münasibətlər
daim yüksələn
xətt üzrə inkişaf edib. Görünən odur ki, tərəflər
1994-cü ildən “Əsrin
müqaviləsi” ilə
təməli möhkəmləndirilən
iqtisadi-siyasi münasibətlərini
keyfiyyətcə yeni mərhələyə çıxartmaq
üçün səylərini
artırıblar.
Azərbaycan yeni əməkdaşlıq
mərhələsindən nə
əldə edə bilər
Böyük Britaniya Avropa İttifaqından ayrılsa
da, yenə dünyanın əsas siyasi paytaxtlarından biri olmaqda davam
edir. ABŞ-da Bayden administrasiyasının
fəaliyyətə başlaması
London-Vaşinqton xəttində
münasibətlərin yenidən
dərinləşməsinə müsbət təsir göstərəcək. Ona
görə indiki mərhələdə Londonla
siyasi dialoqun dərinləşməsi Bakı-Vaşinqton
münasibətlərinə də müsbət təsir göstərə
bilər. Həmçinin
Vaşinqton administrasiyasına
erməni diasporunun təsirinin neytrallaşdırılmasında
London Azərbaycana və Türkiyəyə dəstək vermək gücündədir.
Eyni zamanda Böyük Britaniya BMT və digər universal beynəlxalq təsisatların
aktiv üzvü və söz sahiblərindən hesab edilir. Bu da
yeni mərhələdə
erməni vandalizminin beynəlxalq təsisatlarda
tanıdılmasına lazım
olan dəstəyin əldə edilməsinə
imkan verir.
Bakı-London xəttində iqtisadi imkanların da perspektivi kifayət qədər genişdir. Azərbaycana
birbaşa xarici investisiyaların həcminə
görə London ilk sıralarda qərarlaşır. 1994-cü ildən
“Əsrin müqaviləsi”
ilə təməli qoyulan BP-Azərbaycan əməkdaşlığı bugünə qədər uğurla inkişaf etməklə yanaşı,
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində uğurlu
tərəfdaşlıq tarixçəsinə
malikdir.
Ümumiyyətlə, son məlumatlara əsasən, Azərbaycanda
qeydiyyatdan keçən
600 Britaniya şirkəti
Azərbaycan iqtisadiyyatına
30 milyard dollar investisiya yatırıb.
London Avrasiyanın əsas maliyyə paytaxtı olmaqla yanaşı, yeni texnologiyaların ixracı baxımından dünyada aparıcı rola malikdir. Nəzərə alsaq ki, Azərbaycan 2030-cu ilə qədər rəqabətqabiliyyətli,
dayanıqlı və
inklüziv iqtisadiyyatın
qurulmasını hədəfləyir,
qeyd edilənlərin reallaşdırılmasına iqtisadi
əlaqələrin dərinləşdirilməsi
də müsbət təsir edəcək.
London
Azərbaycana - rəqabətqabiliyyətli
təhsil sisteminin qurulmasına; yeni nəsil sənaye texnologiyaların tətbiqinə;
maliyyə və qiymətli kağızlar bazarının formalaşdırılmasına;
iqtisadi hüquq sisteminin təkmilləşdirilməsinə,
iqtisadi məhkəmələrin
səmərəliliyinin artırılmasına; Azərbaycanın qlobal dəyər zəncirinə
qoşulmasına dəstək
verə bilər.
Avropa ölkələri içərisində
ilk dəfə məhz rəsmi London Azərbaycana investisiyaların yatırılmasına
dövlət zəmanəti
verir.
London nə qazanacaq
44
günlük müharibədən
sonra Azərbaycanın
öz ərazi bütövlüyünü təmin
etməsi və ardından qlobal əməkdaşlıq modeli
təşəbbüsü irəli sürməsi regional inkişaf üçün yeni imkanlar formalaşdırır.
London başa düşür ki, Qafqaz regionunun gələcək taleyi və orada reallaşdırılacaq
bütün layihələr
yalnız Azərbaycanın
iştirakı ilə
mümkündür.
Ona görə
Böyük Britaniya rəsmi Bakı ilə əlaqələrini
dərinləşdirməklə həm də öz şirkətlərinin
regionda reallaşdırılacaq
layihələrdə iştirakına
çalışır. Britaniya
şirkətləri Dağlıq
Qarabağın yenidən
qurulması layihəsi
ilə yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin işində
iştiraklarını artırmağa
həvəslidir. Azərbaycanın
BTQ layihəsi ilə Londonu Pekinə ən qısa marşrutla bağlaması
Birləşmiş Krallıq
şirkətlərinə Çin
bazarında aktivliyini artırmaq imkanı verir.
2016-cı
ildən başlanan Brexit prosesinin tamamlanması Böyük
Britaniyanın xarici ticarəti üçün
yeni iqtisadi situasiya formalaşdırır.
Məhz Brexit prosesi ilə Avropa bazarında itirdiyini Britaniya Azərbaycan üzərindən
keçməklə Çin
bazarında kompensasiya
etməyə çalışacaq.
Eyni zamanda Ələt qəsəbəsində
formalaşdırılacaq Azad
Ticarət Zonasında
Böyük Britaniya şirkətlərinin fəaliyyət
göstərəcəyini proqnozlaşdırmaq
olar. Burada istehsalı təşkil etməklə böyük
coğrafiyaya rəqabətqabiliyyətli
məhsul çıxarmaq
imkanı olacaq.
Bir sözlə,
Avropanın mühüm
siyasi-iqtisadi mərkəzi
London Qafqazın əsas siyasi-iqtisadi paytaxtı Bakı ilə tərəfdaşlığını
genişləndirməkdə qərarlıdır.
Aqil MƏMMƏDOV,
Azərbaycan. - 2021.-12 fevral.- S.6.