Gələcəyini STEAM-la qur

 

 

 

Təhsil sisteminə innovasiyalar gətirən təlim genişlənir

 

 

 

Məlumdur ki, qloballaşan dünyada hər bir ölkənin  inkişafı müasir bilik bacarıqlara, səriştələrə malik insan kapitalının yetişdirilməsindən asılıdır. Ölkəmizin təhsil sistemi qarşısında duran bu mühüm vəzifə Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanmışAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da öz əksini tapıb. Dövlət strategiyası çərçivəsində həyata keçirilmiş islahatlar təhsilimizə yeni məzmun, innovativ təlim texnologiyaları gətirib. Onlardan biri artıq bütün dünyada strateji trend kimi qəbul olunan STEAM yanaşmasıdır.

 

Prezident İlham Əliyev tərəfindən fevralın 2-də imzalanmış sərəncamla təsdiq olunmuşAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də XXI əsrin tələblərinə uyğun təhsil sisteminin qurulması istiqamətində başlıca hədəflərdən biri kimi inteqrativ tədris təcrübəsinin inkişaf etdirilməsi zəruriliyi qeyd olunur. Bu baxımdan STEAM layihəsi inteqrativ tədris təcrübəsinin uğurlu tətbiqini təmin edən istiqamət kimi mühüm əhəmiyyət kəsb edir. Milli prioritetlərdə qeyd olunan  vəzifələrdən biri odur ki, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, yeni bacarıqlar, ixtisaslar peşələr verməlidir. Məhz STEAM yanaşması  bu vəzifələrin həyata keçirilməsində təhsilimizə mühüm töhfələr verir.

 

 

 

Biz niyə STEAM-ı seçirik?

 

 

 

STEAM-ın fəlsəfəsi, təhsilə töhfəsi nədir? Biz niyə onu seçməliyk? İlk növbədə qeyd olunmalıdır ki, dünyada geniş yayılan STEAM (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət riyaziyyatın inteqrativ öyrədilməsi) layihəsinin məqsədi şagirdlərdə XXI əsr bacarıqlarını - kreativlik, tənqidi düşünmə, əməkdaşlıq etmə,  problemlərin həlli yollarını müəyyənləşdirmək bacarıqlarını inkişaf etdirmək bu sahədə yeni bacarıqlar formalaşdırmaqdır. Ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onları həyata hazırlayır.

 

 

 

Uğurlu başlanğıc: STEAM-a dövlət dəstəyi

 

 

 

Birinci vitse-prezident Mehriban Əliyevanın onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun himayəsi Təhsil Nazirliyinin dəstəyi ilə STEAM yanaşmasının məktəblərimizdə tətbiqinə başlanması son illərin ən uğurlu yeniliklərindən biridir. 2019-cu ilin oktyabrında 6 mindən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-ın tədrisinə start verilib. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlıqları ilə təmin edilib.

 

Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Müəllimlərin bu istiqamətdə təkmilləşdirilməsi məqsədilə 100 nəfərlik müəllim heyəti İsraildə, 25 müəllim Türkiyədə ikihəftəlik STEAM təlimlərində iştirak edib. Bu çərçivədə 10 məktəb direktoru da Türkiyənin İstanbul şəhərində təlimlərdə olub.

 

 

 

İlk uğurlar, nailiyyətlər

 

 

 

Hazırda STEAM layihəsi Bakı Sumqayıt şəhərləri daxil olmaqla 45 region üzrə 147 ümumtəhsil məktəbindən 25 mindən çox şagird 800 müəllim olmaqla davam etdirilir. Dərslər layihə tətbiq olunan məktəblərin VI VII siniflərini əhatə edir. Şirvan Şəhər Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin, Bakı şəhəri Avropa Liseyinin, Xırdalan 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseyin nəzdində STEAM mərkəzləri yaradılıb. Xırdalan 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-lisey ölkədə sayca 3-cü, Abşeronda isə birinci tədris müəssisəsidir ki 6-11 yaşlı şagirdlər daxil olmaqla, STEAM təhsil metodunun tətbiqinə başlanılır.

 

Gəncə Quba şəhərlərində isə STEAM mərkəzlərinin layihələndirilməsinə başlanılıb. Bu dövrdə VII siniflər üçün STEAM məzmunu hazırlanaraq müəllim şagirdlərin istifadəsinə verilib. VI siniflər üzrə hazırlanmış məzmun təkmilləşdirilərək milli kurikuluma daha sıx inteqrasiya olunub. STEAM - Azərbaycan layihə heyəti tərəfindən 5 mindən çox üz sipəri istehsal edilərək müəllimlərə respublikamızın müxtəlif xəstəxanalarında çalışan tibb personalına çatdırılıb.

 

 

 

Yeni çağırışlarda STEAM

 

 

 

Bu gün XXI əsr bacarıqlarına sahib fərdləri yetişdirməyin yolu STEAM təhsilindən keçir. STEAM yanaşması dünyanın hər yerində təhsil islahatının mərkəzindədir getdikcə daha çox əhəmiyyət daşıyır. STEAM inkişaf etmiş ölkələrdə, xüsusən ABŞ-da dövlət siyasəti olaraq tətbiq edilir. İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının (OECD) qiymətləndirməsinə görə, növbəti 10-20 ildə yerlərinin 14 faizi yüksək tam avtomatlaşdırma, digər 32 faizi isə əhəmiyyətli dəyişiklik riskinə məruz qalacaq. Bu isə STEAM bacarıqlarının qlobal işçi qüvvəsində getdikcə daha mühüm rol oynayacağını göstərir. Oksford Universitetinin hesabatlarında qeyd olunur ki, bugünkü tələbələrin 65 faizi gələcəkdə hələ mövcud olmayan ixtisaslar üzrə çalışacaq. Buna görə təhsilalanlarımız istər orta, istərsə ali təhsil pilləsində STEAM mövzularına yaxşı yiyələnməlidirlər.

 

 

 

Gələcək planlar, perspektivlər

 

 

 

2020-2021-ci tədris ilindən STEAM layihəsi Bakı, Gəncə, Şirvan, Qax, Qəbələ, Sumqayıt, Lənkəran, Biləsuvar, Quba, Mingəçevir, Şamaxı, Zaqatala digər şəhər rayonlar da daxil olmaqla ölkənin 45 regionunun 147, eyni zamanda 8 kənd məktəbində tətbiq olunmaqla 25 mindən çox şagirdi əhatə edir.

 

Növbəti 2021-2022-ci tədris ilindən isə layihənin əhatə dairəsinin genişləndirilərək ölkə üzrə 50-100 min şagirdi əhatə etməsi, yaxın perspektivdə VIII siniflər üçün yeni STEAM məzmunun hazırlanması, məktəb şagirdlər üçün Vahid Elektron Platformanın yaradılması, layihənin beynəlxalq STEAM şəbəkələrinə qoşulması, eləcə STEAM mərkəzlərinin sayının 10-a çatdırılması nəzərdə tutulur.

 

     

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan. - 2021.-12 fevral.- S.7.