Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair yekun onlayn məsləhətləşmələr keçirilib

 

 

 

Fevralın 10-da “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair yekun onlayn məsləhətləşmələr keçirilib.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkiyənin UNESCO üzrə Milli Komissiyaları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Mədəniyyəti İrsi Fondu, Beynəlxalq Türk Akademiyasının rəsmiləri, Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

 

Ölkəmizi sözügedən tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Elnur Sultanov təmsil edib. O, “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi təşəbbüsünün ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini məsələnin UNESCO-da baxılması prosesinin intensivləşdirilməsi üçün dəstək verməyə hazır olduğumuzu diqqətə çatdırıb. Baş katib bu təşəbbüsün türkdilli ölkələrin ortaq tarixi mədəni dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

İclas zamanıBeynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə edilib, müvafiq aparılması birgə səylərin artırılması barədə razılıq əldə olunub.

 

Məlum olduğu kimi, dillərin beynəlxalq səviyyədə tanıdılmasını təşviq etmək məqsədilə müvafiq beynəlxalq dil günləri qeyd olunmaqdadır. Bununla əlaqədar, UNESCO üzrə Türkiyə Milli Komissiyası UNESCO çərçivəsindəBeynəlxalq Türk Dili Günü”nün (International Turkic Language Day) təsis olunması təşəbbüsü ilə çıxış edib.

 

 

Azərbaycan. - 2021.-12 fevral.- S.8.