Asiya Siyasi Partiyalarının Beynəlxalq
Konfransının keçmiş
baş katibi Çung Eui-Yong Koreya Respublikasının xarici işlər naziri təyin edilib
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının
(ICAPP) keçmiş baş
katibi, qurumun daimi komitəsinin həmsədri Çung Eui-Yong Koreya Respublikasının xarici işlər naziri təyin edilib. Bu barədə
AZƏRTAC-a Yeni Azərbaycan
Partiyasının mətbuat
xidmətindən məlumat
verilib.
ICAPP-ın keçmiş baş katibi olaraq Çung
Eui-Yong Yeni Azərbaycan Partiyası ilə sıx əməkdaşlıq münasibətlərinin
inkişafına hər
zaman xüsusi önəm verib, Azərbaycanla Koreya Respublikası arasında qarşılıqlı əlaqələrin
inkişafına mühüm
töhfələr verib.
Qeyd edək ki, Çung
Eui-Yong ICAPP-ın Daimi Komitəsinin üzvü kimi Yeni Azərbaycan Partiyasının dəvəti
ilə dəfələrlə
Azərbaycanda səfərdə
olub. O, Azərbaycanın
beynəlxalq aləmdəki
böyük nüfuzunu,
ölkəmizdəki sürətli
inkişafı və
YAP-ın bu uğurlardakı rolunu hər zaman yüksək qiymətləndirərək
təşkilatın VII Baş
Assambleyasının Bakıda
keçirilməsi barədə
qərarın təşəbbüskarı olub.
Çung Eui-Yong Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı
ilə Bakıda Asiya Siyasi Partiyaları
Beynəlxalq Konfransının
Qadınlar qolunun
3-cü iclasında, həmçinin
Gənclər Qolunun
2-ci toplantısında iştirak
edib.
Koreya Respublikasının indiki xarici işlər naziri Çung Eui-Yong 2015-ci ildə Azərbaycanda keçirilən
parlament seçkilərində
ICAPP-ın baş katibi olaraq müşahidəçi
kimi də iştirak edib.
Azərbaycan. - 2021.-12 fevral.- S.8.