Gədəbəydə Vətən
müharibəsi şəhidinin
30 yaşı qeyd edilib
Vətən
müharibəsində qəhrəmanlıq
nümunəsi göstərən
oğullarımızdan biri
də Həsənov Etibar Ələddin oğludur. Ölümün
gözünə dik baxaraq şəhidlik zirvəsinə ucalan Etibar Həsənovun bu günlərdə 30 yaşı tamam olmuşdur.
Göstərdiyi
igidliyə görə
ölümündən sonra
Prezident İlham Əliyevin sərəncamlarına
əsasən, “Vətən
uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhidin doğum gününü ailəsi
ilə birlikdə rayon rəhbərləri də qeyd etmişlər.
Əvvəl şəhidin məzarı
ziyarət olunmuş, igid Vətən oğlunun əziz ruhuna dua oxunmuşdur.
Şəhidin atası
Ələddin Həsənov
hər zaman onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı
İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmiş, oğlunun doğum günündə
xatirəsinin yad olunmasını bütün
şəhidlərimizə olan
hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirmişdir.
Etibar
Həsənov 1991-ci il
fevralın 7-də Gədəbəy
rayonunun Qarıkənd
kəndində anadan olmuşdur. 1997-ci ildə Gədəbəy rayon Qarıkənd kənd ümumi orta məktəbinin 1-ci sinfinə
getmiş, 2006-cı ildə
rayondakı peşə
liseyinə daxil olmuşdur. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2010-cu ildə Müdafiə Nazirliyinin
“N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. 2019-cu
il may ayının
15-də “N” saylı hərbi
hissədə müddətdən
artıq hərbi qulluqçuların hazırlığı
kursunda əsgər sürücü ixtisası
almışdır. Elə həmin ildən Gədəbəy rayon “N” saylı hərbi hissəsində müddətdən
artıq hərbi qulluqçu kimi işə başlamışdır.
2020-ci ilin sentyabr ayının 28-də könüllü
olaraq Qarabağın müdafiəsinə yollanmışdır.
Füzuli şəhərinin və bir sıra
kəndlərin və
yüksəkliklərin alınmasında
fəal iştirak etmiş, Şuşa uğrunda gedən döyüşlər zamanı
düşmənin hücumunun
qarşısını alarkən
qəhrəmancasına şəhid
olmuşdur. 2020-ci il noyabr ayının 12-də
doğulub boya-başa çatdığı
kənddə dəfn olunmuşdur. Ailəli idi. Fuad və
Səma adlı iki azyaşlı övladı var.
Sabir
ƏLİYEV,
Azərbaycan. - 2021.- 12 fevral.- S.9.