Ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayanlar əbədi ehtirama layiqdirlər

 

 

 

Qarabağ qələbəmizdən müəyyən vaxt keçməsinə baxmayaraq, Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün yaşayır.

 

Bu o qələbədir ki, başlanğıcını sentyabrın 27-dən götürüb noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər zabitləri döyüş meydanlarında tarixi ədaləti bərpa etdilər. “Qarabağ Azərbaycandırhayqıran Vətən oğulları döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə yeni səhifələr yazdılar. Bütün dünyaya Azərbaycan dövlətinin ordusunun gücünü, qüdrətini nümayiş etdirdilər.

 

Müharibə itkisiz olmaz deyiblər. Biz bu qələbəmizdə şəhid verdik. Bu torpağın düşməndən azad olunan hər qarışında onların payı, haqqı var. Onlar öz qanları ilə bu torpağı Vətən edənlərdir! Vətənin ərazi bütövlüyü uğrunda vuruşan, vətən torpağı ilə bütövləşən, əbədiyyətə qovuşaraq, adlarını şanlı zəfər tariximizin səhifələrinə əbədi həkk edənlərdir.

 

Azərbaycanda şəhid ailələrinə xüsusi diqqət qayğı var. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, problemlərinin vaxtında həll edilməsinə diqqətlə yanaşılır. Bu baxımdan Gəncə Şəhər İcra Hakimiyyəti istisna deyil. Şəhər rəhbərliyinin bu qayğısı şəhid ailələrinin razılığı ilə qarşılanır.

 

Şəhid Rauf Əsgərovun dayısı Şəmistan Nağıyev deyir ki, Hacı Rauf həmişə vətənpərvərlik, dövlətçilik, mərdlik uğrunda mübarizə aparıb, son məqamda da şəhidlik zirvəsinə yüksəlib: “Hacı Raufun məzarı dövlət tərəfindən götürülüb. Onun ailəsi daim diqqət mərkəzində saxlanılır”.

 

Şəhid İlqar Bürcəliyevin əmisi Anar Bürcəliyev dövlətin qayğısını daim hiss etdiklərini bildirir: “Dövlətimiz, xüsusilə Ali Baş Komandan onun göstərişi ilə yerli icra hakimiyyəti orqanları tərəfindən diqqət, qayğı ilə əhatə olunmuşuq. Hər zaman şəhid ailələrinin yanındadırlar. Problemlərimizi, çətinliklərimizi dinləyirlər, lazım olanda onların həllində yaxından kömək edirlər”.

 

 Şəhid Mirhüseyn Seyidzadənin anası Kifayət Seyidzadə deyir ki, dövlət nümayəndələri tez-tez onlara baş çəkirlər: “Çox sağ olsunlar, bizə xüsusi diqqət qayğı göstərirlər. Bir şəhid anası olaraq deyə bilərəm ki, şəhərimizdə şəhidlərə çox böyük hörmət var. Mirhüseyn balam 3 medalla təltif olunub. Şəhid məzarlarının üstü hamısı dövlət tərəfindən eyni qaydada götürülüb. Sağ olsunlar”.

 

Gəncənin Şəhidlər xiyabanının ərazisi 1000 kvadratmetrə yaxındır. Burada uyuyanlar Birinci Qarabağ müharibəsi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardır. Xiyabanda Birinci Qarabağ müharibəsində itkin düşən gəncəlilərin adları da əbədiləşdirilib.

 

 

 

 Sabir ƏLİYEV,

 

Azərbaycan. - 2021.- 12 fevral.- S.9.