Yanvar ayında 6,2 milyard manatlıqdan çox  ÜDM istehsal olunmuşdur

 

 

 

Cari ilin yanvar ayında ölkə üzrə 6 milyard 256,8 milyon manatlıq ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0,1 faiz artmışdır.

 

ÜDM istehsalının 40,6 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat anbar təsərrüfatı, 4,9 faizi tikinti,  3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı balıqçılıq, 1,9 faizi informasiya rabitə, 0,6 faizi turistlərin yerləşdirilməsi ictimai iaşə sahələrinin, 20,6 faizi digər sahələrin payına düşmüş, məhsula idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil etmişdir.

 

Keçən ay əhalinin hər nəfərinə düşən ÜDM 625,6 manata bərabər olmuşdur.

 

 

Azərbaycan. - 2021.- 12 fevral.-  S.10.