Ötən ay əsas kapitala 724 milyon manat vəsait yönəldilmişdir

 

 

 

Keçən ay ölkədə əsas kapitala 724,0 milyon manat,  yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz az vəsait yönəldilmişdir.

 

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,1, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 38,8 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 583,0 milyon manatı ya 80,5 faizi məhsul istehsalı sahələrinə, 80,7 milyon manatı (11,2 faizi) xidmət sahələrinə, 60,3 milyon manatı (8,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 377,5 milyon manatını ya 52,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Sərmayə qoyuluşunun 631,3 milyon manatı ya 87,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmişdir.

 

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə təşkilatların vəsaitləri 71,7, bank kreditləri 16,3, əhalinin şəxsi vəsaitləri 8,5, büdcə vəsaitləri 2,7, sair vəsaitlər isə 0,8 faiz təşkil etmişdir.

 

 

Azərbaycan. - 2021.- 12 fevral.-  S.10.