Kartof səpini başladı
Hələ
bir neçə il öncə Tovuz rayonunda kartof istehsalı üçün əlverişli
ərazilər müəyyənləşdirilmiş,
bu sahədə ixtisaslaşmış fermerlər
qrupu yaradılmış,
müasir texnologiyaların
tətbiqinə başlanılmış
və faraş kartofçuluğun inkişafı
üçün tədbirlər
planı müəyyənləşdirilmişdir.
Qeyd edək ki, kartofçuluq
Tovuz rayonunun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Keçən il rayonda 6748,7 hektarda kartof əkilmiş, 174 min 453,5 ton məhsul
istehsal edilmişdir. Orta hesabla hər
hektardan 258,5 sentner məhsul götürülmüşdür.
Rayonun təsərrüfatlarında artıq
kartof səpininə start verilmişdir. Bu işin mütəşəkkilliyini
təmin etmək üçün mütəxəssislər
tez-tez əkin sahələrində olur, fermerlərlə məsləhətləşmələr
aparırlar. Elə bu günlər rayon rəhbərliyi və bir qrup
mütəxəssis ən
çox kartof əkilən Dönük Qırıqlı və Əyyublu kəndlərində
olmuş, kartof sahələrində fermerlərlə
görüşmüşlər. Kartof səpininin gedişi ilə yerində tanış olan mütəxəssislər
fermerləri maraqlandıran
sualları cavablandırmış,
əkinin müasir üsullarla təşkil olunması, innovativ tədbirlərin tətbiq
olunması, aqrotexniki qaydalara riayət olunması barədə tövsiyələr vermişlər.
Azərbaycan. - 2021.- 12 fevral.- S.10.