Barama istehsalçıları
üçün təlimlər
keçirilir
Ölkədə
qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər
çərçivəsində digər sahələrlə
yanaşı, Azərbaycanda
qədim ənənələrə
malik ipəkçiliyin
dirçəldilməsi də
prioritet vəzifələr
sırasındadır.
Tovuz rayonunda da kənd
təsərrüfatının bu gəlirli sahəsinin inkişafı
üçün tədbirlər
həyata keçirilir.
İlkin olaraq ipəkqurdunun yem bazasının yaradılması
üçün rayon
ərazisində 30 mindən
artıq tut tingi əkilmişdir.
2020-ci
ildə 8,9 ton yaş barama tədarük edən rayon kümçüləri
bu il daha
yüksək nəticə
əldə etməyi qarşılarına məqsəd
qoymuşlar. Buna nail olmaq üçün
mütəxəssislər tərəfindən
onlara daim dəyərli məsləhətlər
verilir. Elə bu günlər Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində barama istehsalında məhsuldarlığın
artırılması ilə
bağlı videoformatda
təlimlərə başlanılmışdır.
Təlimlərdə Kənd Təsərrüfatı
Nazirliyinin Aqrar Elm və İnnovasiya
Mərkəzinin mütəxəssisləri
barama istehsalının
səmərəli təşkili,
tutipəkqurdunun aqrozootexniki
qaydalara uyğun bəslənməsi, tutipəkqurdu
xəstəliklərinə qarşı səmərəli
mübarizə tədbirləri,
tutipəkqurdunun yem
bazasının yaxşılaşdırılması,
çəkil bağlarına
qulluq işlərinin təşkili və s. mövzularda yerli fermerlərə dəyərli
məsləhətlər verilir.
Həftədə 4 dəfə keçiriləcək
tədbirlərə bu
ay 40 kümçünün
cəlb olunması nəzərdə tutulur.
Sabir ƏLİYEV,
Azərbaycan. - 2021.- 12 fevral.- S.10.