Dünya “Cənub qaz dəhlizi”nin möhtəşəm layihə
olduğunu bir daha təsdiqlədi
Layihənin Məşvərət
Şurasının iclasında
bu vurğulanmaqla yanaşı, perspektivlər
və çağırışlar
ətrafında fikir mübadiləsi də aparıldı
“Cənub qaz dəhlizi” Məşvərət
Şurasının ilk
iclası Bakıda
2015-ci ildə keçirildi.
Beləliklə, Azərbaycan
ildə bir dəfə olmaqla, bu toplantıya 6 dəfə dalbadal evsahibliyi etdi.
Bu
da təsadüfi deyil, çünki “Cənub qaz dəhlizi” başlanğıcını
Azərbaycandan götürür,
Xəzərin ölkəmizə
məxsus sektorundan çıxarılan mavi yanacağı nəql edir, nəhayət, bu qlobal layihənin
təşəbbüskarı və aparıcı qüvvəsi də bizik.
Məşvərət Şurasının 7-ci toplantısının
videokonfrans formatında
keçirilməsi isə
koronavirus pandemiyasının
yaratdığı tələblərdən
irəli gəlir. Bununla belə, iclasda əvvəlki illərdə olduğundan
da çox ölkə iştirak edib. Toplantıda 18 ölkənin, 19 şirkətin
və 5 aparıcı
beynəlxalq maliyyə
qurumunun nümayəndələri
videoformatda bir araya gəlib.
Budəfəki
toplantının özəlliyi
həm də ondadır ki, “Cənub qaz dəhlizi” layihəsi artıq uğurla yekunlaşıb. Ötən
ilin son günü layihənin axırıncı - dördüncü
seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) işə salınaraq Azərbaycan qazını Avropaya çatdırıb.
Daha ətratlı desək,
2020-ci il dekabrın
31-də qaz TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) interkonnektor vasitəsilə
həm Yunanıstana, həm Bolqarıstana nəql edilib. Mavi yanacaq bu
iki ölkəni keçərək TAP-la “Snam Rete Gas”
arasında interkonnektor
nöqtəsində İtaliyaya
daxil olub. Yəni İtaliya və Avropa üçün yeni qaz təchizatı mənbəyi işə düşüb. Bu ilin yanvar ayında
TAP-la İtaliyaya 340 milyon kubmetr qaz ötürülüb.
Mavi yanacağın təxminən
70 milyon kubmetri revers axın formasında interkonnektor nöqtəsi ilə Avropaya ixrac olunub. İlk dəfə qədim qitəni Türkiyə və Balkanlar vasitəsilə Xəzərlə
birləşdirən yeni
marşrut olduğu üçün “Cənub
qaz dəhlizi”nin tam sistem kimi
işə başlaması
tarixi hadisədir.
Prezident İlham Əliyev 7-ci toplantıdakı çıxışında
layihənin bütün
iştirakçılarını bu münasibətlə təbrik edib. Dövlət
başçısı layihədə
bilavasitə iştirak
edən, onun uğurla sona çatmasına dəstək
verən ölkələrə,
şirkətlərə, maliyyə
qurumlarına təşəkkür
edərək bildirib ki, bu möhtəşəm
işlər möhkəm
əməkdaşlıq və
tərəfdaşlıq şəraitində gerçəkləşib:
“Bu, bir daha onu nümayiş
etdirir ki, komanda şəklində aparılan iş yaxşı nəticə verir. Biz əhəmiyyətli
irəliləyişə nail
olmuşuq. “Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi
və enerji şaxələndirilməsi layihəsidir.
Bu gün enerji təhlükəsizliyi
bütün ölkələrin
milli təhlükəsizlik
məsələsidir. Enerjinin
şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün
vacibdir. Beləliklə,
zənnimcə, biz misilsiz əməkdaşlıq
formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı
olan Azərbaycanın
maraqları tranzit və istehlakçı ölkələrin maraqları
ilə üst-üstə
düşür. Məhz
bunun nəticəsində
bəzilərinin o qədər
də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi
mümkün olmuşdur”.
“Cənub qaz dəhlizi” bir sıra parametrlərinə
görə nadir layihədir. Dəhliz 3500 kilometrlik məsafə qət edir. Həm də hündürlüyü 2500 metr
olan dağlardan keçir, 100 kilometrdən
çox hissəsi isə Adriatik dənizinin dibi ilə uzanır. Bununla belə, görülmüş işlər
ən yüksək ekoloji standartlara cavab verir.
Digər önəmli bir cəhət odur ki, səmərəli idarəçilik və düzgün planlaşdırma
nəticəsində layihənin
dəyəri ilk hesablanmış məbləğdən
- 44,6 milyard dollardan 33
milyard dollara enmişdir. Halbuki tikinti layihələri həyata keçirilərkən
adətən dəyər
azalmır, əksinə,
artır. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan
“Cənub qaz dəhlizi”nin dörd seqmentinin hamısında iştirak edib və layihəyə bütövlükdə 10 milyard
dollar həcmində vəsait xərcləyib.
Məşvərət Şurasının iclasları
çərçivəsində gələcək işlərə
nəzər salınması
bir ənənə olduğundan 7-ci toplantıda
da bu barədə
ətraflı danışılmışdır.
Azərbaycanın öz
enerji resurslarını
inkişaf etdirəcəyini
bildirən Prezident İlham Əliyev demişdir: “Hazırda kəşfiyyat və hasilat mərhələsində
olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər
var. Xüsusilə 400
milyard kubmetr qaz ehtiyatına malik olan “Babək”
yatağını qeyd
edə bilərəm.
“Abşeron” qaz-kondensat
yatağının 350 milyard
kubmetr ehtiyatı var və ümid
edirəm ki, orada hasilat gələn
il başlayacaqdır.
Digəri isə “Ümid” yatağıdır
ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş
ehtiyata malik olan yataqlardır ki, onlar Xəzər
dənizinin Azərbaycana
məxsus sektorunda qaz hasilatına töhfə verəcəkdir.
Kəşfiyyat mərhələsində
olan digər layihələr də var və biz
növbəti illərdə
yeni kəşflərin
olacağına ümid
edirik. Beləliklə,
şaxələndirilmiş bu neft-qaz kəmərləri
şəbəkəmizin hasilat
gücünün artırılmasına
xidmət edəcəkdir”.
Birgə planlara gəldikdə isə, İonik-Adriatik boru kəmərinə dair məsələyə
toxunulmuşdur. Belə
ki, TAP-ın başa çatdırılması
İonik-Adriatik kəmərinin
inşasına imkan yaradır. Qərbi Balkan ölkələri ilə artıq anlaşma memorandumu imzalanıb. Bu kəmər çəkildikdən
sonra ölkəmiz təchizat marşrutlarını
şaxələndirmək imkanı
əldə edəcək
və Qərbi Balkan dövlətləri üçün yeni imkanlar yaranacaq.
Şaxələndirmə dedikdə yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən
söhbət gedir. Belə ki, Azərbaycan
qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir.
Təsdiqlənmiş təbii
qaz ehtiyatımız
2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara
görə, bu həcm daha da artıq ola
bilər. “Azəri-Çıraq-Günəşli”
yataqlarındakı “dərin
qaz”ı da nəzərə alsaq, potensial haqqında aydın təsəvvür
yaranar. Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağına dair Anlaşma Memorandumunun imzalanması da Xəzər dənizi və onun hüdudlarından
kənarda gələcək
enerji əməkdaşlığı
üçün çox
faydalı olacaq.
Beləliklə, biz indi “Cənub
qaz dəhlizi”nin birinci fazasını başa çatdırdıqdan
sonra növbəti faza üzərində düşünürük. Yəni
gələcəkdə Azərbaycan
işlənməyən yataqlardan
qaz hasilatını təmin edəcək, yeni təchizatçılar
üçün isə
yeni tranzit imkanları yaranacaq.
Təsadüfi
deyil ki, Avropa Komissiyasının enerji məsələri üzrə komissarı xanım Kadri Simson da toplantıdakı
çıxışında keçirilən tədbirin
təkcə hazırkı
uğurları qeyd etmək üçün deyil, həm də perspektivlər və çağırışlar
ətrafında fikir mübadiləsi aparmaq baxımından vacib olduğunu dedi. Avropa Komissiyasının qonşuluq
siyasəti və genişlənmə danışıqları
üzrə komissarı
Oliver Varhelyi Azərbaycan qazının
tez bir zamanda
Qərbi Balkanlara da çatdırılması
arzusunu ifadə etdi və bildirdi
ki, yaxın vaxtda bu barədə
azərbaycanlı tərəfdaşları
ilə müzakirələr
aparmaq istəyirlər.
Toplantıda
çıxış edənlərin
hər biri “Cənub qaz dəhlizi” layihəsinin qlobal əhəmiyyətini
və onun enerji təhlükəsizliyinin
təmin olunmasındakı
rolunu vurğuladı.
Bu dəhlizin uğurlu fəaliyyəti artıq bir reallıqdır və o, qaz təchizatının təhlükəsizliyinin və şaxələndirilməsinin təminatçısı
olduğunu təsdiqləyir.
Bu isə Məşvərət Şurasının
iclasında qaldırılan
yeni məsələlərın
də müvəffəqiyyətlə
həll olunacağı
üçün möhkəm
zəmindir.
Flora SADIQLI,
Azərbaycan. - 2021.- 13 fevral.- S.1; 5.