İnfeksiyanın yoluxma
zənciri qırıla
bilər
Əhalinin 80 faizi peyvənd olunsa
2019-cu ilin son günlərində Çinin Uhan şəhərində aşkarlanan,
qısa zaman ərzində bütün
dünyaya yayılan koronavirus (COVID-19) 2020-ci ilin
martında Ümumdünya
Səhiyyə Təşkilatı
(ÜST) tərəfindən pandemiya elan edildi. İndiyədək planetin 107 milyona yaxın sakini bu virusa
yoluxub. Təhlükəli
infeksiyadan ölüm
hallarının ümumi
sayı 2,4 milyona çatıb.
Bu dövrdə
hər kəsi maraqlandıran bir məqam da virusun
təbii, yoxsa süni şəkildə yayılması idi. Yeni koronavirusun mənşəyini öyrənmək
məqsədilə ÜST mütəxəssisləri
yanvarın 14-də Çinə
yollanmışdılar. Onlar
koronavirusun ilk dəfə yayıldığı
bildirilən Uhan şəhərindəki dəniz
məhsulları satılan
bazarda məlumatlar toplamışdılar.
ÜST
ekspertlərinin yeni növ koronavirusun yaranmasının qlobal elmi tədqiqatı çərçivəsində Uhanda həyata keçirdikləri həmin
tədqiqat ötən
gün başa çatıb.
Onlar mətbuat konfransı keçirərək çinli
həmkarları ilə
birgə tədqiqatın
detallarını və
onun ilkin nəticələrini açıqlayıblar.
Alimlər yeni koronavirusun
əmələ gəlməsinin
dörd versiyasının
öyrənilməsini qarşılarına
məqsəd qoyublar: vəhşi heyvandan insana birbaşa ötürülmə, vasitəçi
heyvandan ötürülmə,
dondurulmuş ərzaq
məhsulları vasitəsilə
ötürülmə və
laboratoriya sızmaları.
Ekspertlərin fikrincə, birincisi, əldə edilən məlumatlar virusun təbii yolla əmələ gəlməsi
ehtimalını artırır.
Onlar bildirirlər ki, laboratoriya sızmaları versiyasının
ehtimalı çox cüzidir. Ona görə də bu versiyanın öyrənilməsini davam
etdirməyə lüzum
yoxdur. Bundan sonra iş qalan
üç istiqamət
üzrə aparılacaq.
Bütün hallarda COVID-19 bir ildən çoxdur bütün dünyanın
qarşısını ala
bilmədiyi problem olaraq qalmaqdadır. Virus sürətlə yayılmaqda
davam etsə də, əksər ölkələr artıq
pandemiya ilə mübarizənin ən təsirli yolu olan vaksinasiya mərhələsinə qədəm
qoyub. Ötən ilin dekabrından etibarən bir çox dövlətlər
COVID-19-a qarşı peyvəndləmə
işini həyata keçirir. Mütəxəssislər
hesab edirlər ki, vaksinasiyanın qlobal bəlaya qarşı daha effektiv olması üçün bütün
ölkələrdə onun
tətbiqi zəruridir.
Azərbaycanda isə müvafiq proses yanvarın 18-də start götürüb. Mərhələli şəkildə
ölkəyə gətirilən
vaksinlərin ilkin mərhələdə tibb
işçilərinə, 65 yaşdan yuxarı insanlara, polis əməkdaşları və
digər risk qruplarından olan şəxslərə vurulmasına
başlanılıb. Artıq
risk qrupunda olan tibb işçilərinin
peyvəndlənməsi həyata
keçirilir. İndiyədək
tibb işçilərinin
70 faizinə peyvənd
vurulub. Dörd gündür ki, yaşı 65-dən yuxarı
olan vətəndaşların
da koronavirus əleyhinə vaksinasiyası
davam edir.
Azərbaycanda vaksinasiya dövlət hesabına və könüllülük prinsipi
əsasında aparılır.
Ölkəmizdə Çinin
“Sinovac” şirkətinin
istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.
Nüfuzlu tibbi jurnal
olan “The Lancet” “CoronoVAC”
vaksini haqqında geniş məqalə dərc edib. Məqalədə COVID-19 virusuna qarşı
başlanılan vaksinasiya
prosesinin əhəmiyyətindən,
“CoronoVAC” vaksinindən,
onun uğurlu sınaqlarının müsbət
nəticələrindən bəhs olunur. Bildirilir ki, gənclərlə müqayisədə 60 yaşlı
və ondan yuxarı insanlar, xüsusilə də kəskin xroniki xəstəliklərdən əziyyət
çəkən şəxslər
virusu daha ağır keçirirlər
və yaş artdıqca ölüm riski də artır.
Bu səbəbdən
COVID-19-un dünyada yayılmasının
qarşını almaq
üçün effektiv
və təhlükəsiz
vaksinlərin tətbiqi
zəruridir.
“CoronoVAC” vaksininin COVID-19 əleyhinə inaktivasiya edilmiş peyvənd olduğu bildirilən məqalədə deyilir ki, virusa yoluxma
riski yüksək olan 60 yaş və daha yaşlı
şəxslərin vaksinə
daha çox ehtiyacı var. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün
və immunogenliyinin artırılması üçün
istifadə edilir.
“CoronoVAC” vaksini Çinin Hebey əyalətinin Renku şəhərində təsadüfi
üsulla hər iki gözü kor olan insanlarda
kliniki şəraitdə
test edilib. Belə ki, vaksin
0-28 gün arasında
2 dozada əzələyə
inyeksiya edilir. Vaksinasiya prosesində iştirak edən bütün tərəflər - tədqiqatçılar,
həkimlər, laborantlar
hamısı maskadan istifadə etməlidir.
İlk dozadan sonra vaksinasiya olunan şəxsin vaksinə reaksiyası müşahidə olunur.
Əvvəlcədən bütün iştirakçılarla
razılaşdırıldığı kimi, 28 gündən sonra ikinci doza
vurulur.
Məqalədə vurğulanır ki, 2020-ci ilin 22 may və 1 iyun tarixləri arasında birinci faza üzrə 72 nəfərin, 12-15 iyun tarixlərində isə ikinci faza üzrə
350 nəfərin üzərində
sınaq vaksinlənmə
həyata keçirilib.
28 gün ərzində
hər hansı əks reaksiyaya rast gəlinməyib.
Araşdırmaların nəticələrinə
əsasən, “The Lancet” jurnalı
bildirir ki, adıçəkilən vaksin
yaşlı şəxslərin
dözümlülüyünə müsbət təsir edir və heç
bir təhlükəsi
yoxdur.
Tibbi Ərazi
Bölmələrini İdarəetmə
Birliyi (TƏBİB) işçi
qrupunun üzvü Vüsalə Yaşar deyib ki, peyvənd
edilməkdən qorxanlar
var və bundan daha çox
xroniki xəstəliyi
olanlar ehtiyat edirlər. Onlar çox vaxt
əks-reaksiya yaranmasından
və yaxud mövcud xəstəliklərinin
kəskinləşməsindən çəkinirlər. Hətta
həmin səbəbləri
əsas gətirərək
peyvənd olunmaqdan imtina edənlər də var: “Lakin
peyvəndin üstünlüklərindən
xəbərdar olanlar nəinki özlərini, hətta yaşlı ailə üzvlərini də bu prosesə
cəlb edirlər. Hətta
Parkinson xəstələrinə peyvənd edilməsi heç bir əks-təsirə səbəb
olmayıb. Şəkərli
diabeti olanlar da xüsusi risk qrupu sayılırlar və onların, eləcə də xroniki ürək-damar, tənəffüs
sistemi xəstəlikləri
olanların COVID-19-u daha
ağır keçirə
biləcəkləri ehtimal
edildiyinə görə
birincilər sırasında
vaksinasiya olunmalıdırlar”.
V.Yaşarın sözlərinə görə, vaksinasiya yoluxma, ağırlaşma,
ölümcül xəstəliklərdən
qorunmaq üçündür. Məhz bu yolla təbii çiçək
və digər xəstəliklərin kökü
kəsilib. Bəzi infeksion
xəstəliklərə qalib
gəlməyin yeganə
yolu vaksinasiyadır.
İndi ölkəmizdə tətbiq edilən “CoronoVAC” peyvəndi inaktivdir, yəni orqanizmə qarşılaşa
biləcəyimiz virusun
modeli inyeksiya edilir. Həmin modeli immun sistemi
tanıdığına və
ona qarşı müdafiə silahı olduğuna görə, orqanizm virusla qarşılaşan zaman ona hazır olur: “Təəssüf ki, bəzi insanlar
vaksinasiyadan sonra heç bir qorunma tədbirinə əməl etməyə ehtiyac olmadığını
düşünürlər, lakin bu qətiyyən
doğru deyil. Vaksinasiyanın qoruyuculuğu 60-90 faiz arasında dəyişir. Vaksinasiyadan sonra
orqanizmdə yaranan anticisimlərin miqdarı fərdi xarakter daşıyır və yaranan müdafiə sisteminin nə qədər davam edəcəyi və qoruyacağı barədə
məlumat yoxdur.
Lakin indi istifadə olunan vaksinin qoruyuculuğunun etibarlılığına
və uzun müddət davam edəcəyinə ümid
böyükdür. Əgər əhalinin
70-80 faizinə həmin
peyvəndlər vurulsa,
infeksiyanın yoluxma zəncirini qırmaq mümkün olacaq. Tərəzinin bir gözünə
COVID-19 xəstəliyi və
onun ağırlaşmalarını,
digər gözünə
isə peyvəndin ehtimal olunan yan təsirlərini, yəni müvəqqəti
qızartı, şişkinlik
və başağrılarını
qoysaq, əlbəttə
ki, vaksinasiya daha doğru seçim olar”.
Vüsalə Yaşar qeyd edib ki,
peyvənd üç
həftə fasilə
ilə iki dozada vurulur. Nəzərə almaq lazımdır
ki, ilk iynə və yaxud ikinci
inyeksiya ediləndən
sonra dərhal orqanizmdə infeksiyaya qarşı qoruyuculuq yaranmır. Ümumiyyətlə, peyvənddən təxminən 56-60 gün
keçəndən sonra
virus infeksiyasına qarşı
qoruyuculuq formalaşır.
Ona görə də peyvənd olunanlar da mütləq əl gigiyenası, maska taxmaq və məsafə saxlamaq kimi qaydalara əməl etməlidirlər.
Xəyalə MURADLI,
Azərbaycan. - 2021.-13 fevral.- S.1 ; 4.