Qarabağın qapısı

 

 

 

Aparılan abadlıq quruculuq işləri Yevlaxı tanınmaz edir

 

 

 

Ölkənin bütün bölgələrində olduğu kimi, Qarabağın qapısı sayılan Yevlaxda da bütün müharibə dövrü hamı cəbhə ilə nəfəs alır, hər bir yevlaxlının ürəyi qəhrəman Azərbaycan əsgəri ilə bir döyünürdü. Nəticə etibarı ilə güclü dəmir yumruğa çevrilən bu yenilməz birlik qələbəmizi şərtləndirən başlıca amil oldu.

 

Zəfərimizin yaratdığı nikbinlik, qürurla yoğrulan xoş əhvali-ruhiyyə bu gün hər bir rayon sakinini müharibədən sonrakı təsərrüfat, abadlıq quruculuq işlərində fəal iştiraka, gerçək fədakarlığa ruhlandırır. Bu baxımdan görülən genişmiqyaslı təmir-tikinti işləri, həyata keçirilən məqsədyönlü tədbirlər məmnunluq doğurur. Rayon  2020-ci ili yüksək göstəricilərlə başa vurub. Aqrar sektorda dinamik inkişaf tempi təmin edilib, taxıl, pambıq, heyvandarlıq məhsulları, meyvə-tərəvəz istehsalında əvvəlki illərlə müqayisədə xeyli artıma nail olunub.

 

Qazanılan nailiyyətlər isə axrayınçılıq yaratmır. Yeni ilin yeni hədəfləri fərqlidir. Məqsəd aqrar sektorda səmərəliliyi artırmaq, yüksək məhsuldarlığa nail olmaqdır. Rayonda kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, ölkənin ərzaq təhlükəsizliyinin təminatına sanballı töhfələr vermək üçün bütün imkanlar, mövcud əmək ehtiyatları səfərbər edilib. Hazırda rayonun təsərrüfatlarında yaz-tarla işlərinə ciddi hazırlıq görülür.

 

Yevlax beynəlxalq əhəmiyyətli nəqliyyat, kommuniksiya xətlərinin keçdiyi strateji ərazi kimi hər zaman diqqət mərkəzində olmuşdur. Bölgədə aparılan tikinti, abadlıq, quruculuq işlərinin önəmi fərqlidir. Son zamanlar şəhərdə, qəsəbə kəndlərdə görülən təmir-tikinti işləri zövq oxşayır, rayon əhalisində , qonaqlarda da xoş ovqat yaradır.

 

Bu gün Yevlaxda diqqətçəkən ən əsas yenilik sağlam mənəvi-psixoloji mühitin yaradılmasıdır. Fəaliyyətinin əsas prinsiplərini xalqa xidmətlə bağlayan, vaxtının çoxunu əhalinin arasında olan, insanları narahat edən problem çətinlikləri onların öz dilindən eşitməyə çalışan rayon rəhbərliyi Yevlaxda köhnə stereotipləri cəsarətlə dağıdaraq hər kəs üçün əlçatan olmuşdur. Yeni müstəvidə diqqət qayğıdan qaynaqlanan məmur-xalq münasibətləri bu gün Yevlaxın ictimai-siyasi həyatından qırmızı xətt kimi keçir.

 

Son zamanlar Yevlaxda təmir, tikinti, abadlıq işləri geniş vüsət almışdır. Şəhərin küçə prospektlərinin, meydanlarının, parklarının, şəhər ərazisindən keçən Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yolunun işıqlandırılma sistemi yenidən qurulmuş, küçələrdəki mövcud problemlər aradan qaldırılmışdır. Bundan əlavə, hər biri 105 yerlik olan iki uşaq bağçası əsaslı təmir edilmiş, 7500 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən Xaldan-Ərəş-Meyvəli kəndlərarası 8 kilometrlik avtomobil yolu əsaslı təmir olunaraq asfaltlanmış, 4,3 kilometrlik Qaroğlan 3,2 kilometrlik Quşçu kəndlərinin avtomobil yollarının əsaslı təmirinə başlanılmışdır. Ümumi ərazisi 16.900 kvadratmetr olan Dədə Qorqud parkının yenidən qurulması isə başa çatmaq üzrədir. Parkda ulu ozanın heykəli qoyulmuş, səkilərə tamet döşənmiş, yaşıllıq sahəsi salınmış,  müasir işıqlandırma dirəkləri basdırılmış, eləcə ətrafda olan çoxmərtəbəli yaşayış evlərinin dam örtükləri, fasadları təmir edilmiş, ərazidə bulaq kompleksi tikilmiş, ora su xətti çəkilmişdir. Parkın hər iki tərəfində olan avtomobil yolları isə asfaltlanmışdır. Bütövlükdə 2020-ci ildə şəhərdaxili yollara məhəllələrə 48,9 min kvadratmetr asfalt döşənmişdir.

 

Yevlaxlılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini hər zaman sonsuz məhəbbət ehtiramla yad edirlər. Bu isti doğma münasibətin məntiqi nəticəsidir ki, Ulu Öndərin şəhərin mərkəzindəki, əzəmətli abidəsinin önündə hər zaman tər qızıl güllər görmək olar. Heydər Əliyevin abidəsi ətrafında yüksək zövqlə aparılmış təmir abadlıq işləri isə göz oxşayır. Burada 300 kvadratmetr qranit material işlənməklə ətraf abadlaşdırılmış, yaşıllıqlar yenilənmiş, nadir bəzək gül kolları əkilmişdir.

 

Bir sözlə, Vətənin dar günündə döyüşlərə könüllü gedən, ərazi bütövlüyümüz uğrunda canlarından, qanlarından keçən yevlaxlılar gün min bir həvəslə doğma yurdun hər qarışını cənnətə döndərməyə çalışırlar.

 

 

 

Lazım QULİYEV,

 

Azərbaycan. - 2021.-13 fevral.- S.1; 5.