“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı
Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin
və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli
Cəmiyyətinin Azərbaycan
İnvestisiya Holdinqinin
idarəetməsinə verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının
1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə
tutulan aşağıdakı
dövlət müəssisələri
Azərbaycan İnvestisiya
Holdinqinin idarəetməsinə
verilsin:
1.1.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;
1.2.
“Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyəti;
1.3.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;
1.4.
Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.
2.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3.
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli
üçün zəruri
tədbirlər görsünlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12
fevral 2021-ci il
Azərbaycan. - 2021.-13 fevral.- S.1.