Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Dövlət
Vergi Xidmətinin əməkdaşlarına ali
xüsusi rütbələrin
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 24-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı
əməkdaşlarına 3-cü dərəcəli dövlət
vergi xidməti müşaviri rütbəsi
verilsin:
Məmmədov Azər Oqtay oğlu - İdxal-İxrac
Əməliyyatları üzrə
Nəzarət Baş İdarəsinin rəisi
Şirinov Natiq Telman oğlu
- İqtisadi Təhlil
və Uçota Nəzarət Baş İdarəsinin rəisi.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12
fevral 2021-ci il
Azərbaycan. - 2021.-13 fevral.- S.2.