İşğaldan azad olunan ərazilərdə nəqliyyat rabitə infrastrukturunun qurulması məsələləri müzakirə edilib

 

 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə yüksək texnologiyalar üzrə İşçi Qrupunun nəqliyyat rabitə infrastrukturunun qurulması məsələlərinə həsr edilmiş iclası keçirilib.

 

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, İdarələrarası Mərkəzin rəhbəri Hikmət Hacıyev, Azərbaycan Respublikasının nəqliyyat, rabitə yüksək texnologiyalar naziri Rəşad Nəbiyev aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

 

Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Şəhərsalma Arxitektura Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən planlaşdırılan prioritet layihələrin, o cümlədən telekommunikasiya poçt infrastrukturunun qurulması, Füzuli hava limanının, dəmir avtomobil yollarının tikintisi, ərazilərin minalardan təmizlənməsi layihələrinin icrası barədə məlumatlar verilib.

 

İşğaldan azad olunmuş ərazilərdə quruculuq bərpa işlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas istiqamətlər verilən tapşırıqlar, məskunlaşma ilə bağlı gələcək tələbat perspektivlər, yeni çağırışlar konsepsiyalar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün qurumlar tərəfindən görülən işlərin İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə icra edilməsinin vacibliyi vurğulanıb.

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

 

Azərbaycan. - 2021.-13 fevral.- S.2.