Postpandemiya dövründə vergi sistemimövzusunda videokonfrans keçirilib

 

 

 

 

 

Fevralın 12-də vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuşPostpandemiya dövründə vergi sistemimövzusunda videokonfrans keçirilib.

 

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində böyük zəfəri vurğulanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

 

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib, 2020-ci ildə ölkə iqtisadiyyatında müşahidə olunmuş trendlər, pandemiyanın təsirlərinin minimallaşdırılması sahibkarlığın dəstəklənməsi üzrə görülmüş işlər, yeni çağırışlara uyğun həyata keçirilən iqtisadi siyasət barədə məlumat verib.

 

Konfrans iştirakçılarına dövlət başçısının Sərəncamı ilə təsdiq edilmişAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizin iqtisadi inkişaf hədəflərı, iqtisadi siyasətin əsas istiqamətləri aparılacaq islahatlar, qanunvericilik inzibatçılıq sahəsində dəyişikliklər, şəffaflıq istiqamətində təşəbbüslər, vergi siyasətinin yeni istiqamətləri sahibkarlarla prinsipləri barədə geniş məlumat verilib.

 

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2020-ci ildə ölkə iqtisadiyyatına, həmçinin sahibkarlıq subyektlərinə genişmiqyaslı dövlət dəstəyi göstərilib. Bu tədbirlərə pandemiyanın zərərlərini azaltmaq, yerlərini qorumaq üçün maliyyə dəstəyinin göstərilməsi, müddətli vergi güzəştləri tətillərinin tətbiq edilməsi, güzəştli kreditlərin verilməsi digər mexanizmlər daxildir.

 

Qeyd olunub ki, ötən il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib, 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul olunub.

 

İqtisadiyyat naziri pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, biznesin aktiv fəaliyyətə qaytarılmasının hazırda qarşıda duran əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb. Bu məqsədlə 2021-2025-ci illər üçün ciddi dərin institusional islahatların həyata keçirilməsini tələb edən vəzifələr müəyyənləşdirilib. Torpaqlarımızın işğaldan azad edilməsi Qarabağ bölgəsinin dirçəlişi kimi mühüm məsələni gündəmə gətirib, iqtisadi inkişaf planlarına yenidən baxılması zərurətini yaradıb. Bu tarixi qələbə ölkəmizin inkişafında yeni səhifə açır. İşğaldan azad olunmuş ərazilərin iqtisadiyyata reinteqrasiyası bölgənin iqtisadi imkanlarının reallaşdırılması Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsində böyük amil olacaq.

 

Konfransda Dövlət Vergi Xidmətinin rəis müavini, xidmət rəisi vəzifəsini müvəqqəti icra edən Orxan NəzərliPandemiya postpandemiya dövründə Dövlət Vergi Xidmətinin fəaliyyətimövzusunda təqdimatla çıxıb edib vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən nəzərdə tutulan tədbirlər barədə danışıb.

 

Sonra Türkiyə Gəlirlər İdarəsinin başkanı Bekir Bayrakdar “COVID-19 vergi inzibatçılığı: Türkiyə vergi orqanlarının təcrübəsi”, Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir MirkişiliPostpandemiya dövründə vergi qanunvericiliyi qarşısında yaranan çağırışlar”, KOBİA-nın İdarə Heyətinin sədri Orxan MəmmədovPandemiya ilə əlaqədar kiçik orta sahibkarlığa dövlət dəstəyi”, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanovCari növbəti illərdə vergi siyasəti çərçivəsində qanunvericilikdə həyata keçiriləcək tədbirlər barədə”, Qida İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin DostiyariQida sektorunun pandemiya yeni normal dövrü”, UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai AlıyevPandemiyanın vergidən yayınmaya təsiri”, “Auto Azerbaijan” şirkətinin direktoru Emil İsmayılovAzərbaycanda pandemiyanın təsiri”, “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC-nin baş direktoru Cabir CümşüdovKarantin dövründə İnformasiya Texnologiyaları sahəsində biznesin ehtiyaclarımövzusunda çıxış ediblər. Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndirib, əsas prioritetlərin reallaşdırılması prosesində aparılacaq islahatlara dair təkliflərini səsləndiriblər.

 

Konfransda müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb.

 

Tədbirdə İqtisadiyyat Nazirliyinin nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının, Milli Məclisin deputatları, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici yerli ekspertlər adamları iştirak ediblər.

 

 

Azərbaycan. - 2021.-13 fevral.- S.2.