Şuşa qalasının bərpasına başlanılıb
Şuşa
qalasının bərpasına başlanılıb.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, bərpa prosesinə
22 mütəxəssis cəlb olunub.
İlkin mərhələdə görülən
işlərin gələn
ayın sonlarına yekunlaşacağı gözlənilir.
İşlər yekunlaşdıqdan
sonra növbəti mərhələdə daha
geniş bərpaya başlanılacaq.
Qeyd edək ki, Qarabağ
xanı Pənahəli
xan 1750-ci ildə Şuşa qalasının
tikintisinə qərar
verib və Qarabağ xanlığının
mərkəzi bura köçürülüb. Qala
sonra uzun müddət mənbələrdə
Pənahabad adlandırılıb.
Şuşa qalası Azərbaycan memarlığının ən
gözəl incilərindən
biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində
əsasən yerli daşlardan və əhəng-yumurta sarısı
qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə
seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.
Azərbaycan. - 2021.- 13 fevral.- S.3.