Ümumdünya Səhiyyə
Təşkilatı Şamaxıda
“PROACT - Qayğı” layihəsinə
başlayıb
Fevralın 12-də Şamaxıda
“PROACT - Qayğı” layihəsinin
icrasına başlanılıb.
AZƏRTAC xəbər
verir ki, layihə COVID-19 infeksiyasının
yayılması şəraitində
vacib səhiyyə xidmətlərinin göstərilməsində
baş verə biləcək çatışmazlıqların
qarşısını almaq
üçün ilkin
səhiyyə sisteminin
gücləndirilməsi məqsədi
daşıyır. Habelə layihə Azərbaycan üçün
məqsədəuyğun ilkin
səhiyyə sistemi modelinin yaradılmasını
nəzərdə tutur.
Bu model genişləndirilərək ölkənin
digər ərazilərində
də tətbiq edilə bilər.
Ümumdünya
Səhiyyə Təşkilatının
(ÜST) Azərbaycandakı nümayəndəliyi tərəfindən
həyata keçirilən
layihə ABŞ Beynəlxalq
İnkişaf Agentliyi
(USAID), Böyük Britaniyanın
“Ukaid”, Rumıniyanın
“RoAid” təşkilatları
və Universal Səhiyyə Əhatəsi
Təşəbbüsü (ÜST-nin tərəfdaşları
ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir.
ÜST-ün Azərbaycandakı nümayəndəliyi layihənin
icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,
TƏBİB, Heydər Əliyev
Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.
Bu
münasibətlə keçirilən
tədbirdə layihə
tərəfdaşları adından
ÜST-ün Azərbaycandakı
nümayəndəsi Hande
Harmancı, Şamaxı
Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Məmmədov,
USAID-in Azərbaycan üzrə missiyasının
direktoru Caydev Sinqx, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin
rəhbərinin müavini
Min Yuan, Çarhan kənd tam orta məktəbin
direktoru Afaq Orucova çıxış
edərək layihənin
Şamaxı rayonu və digər yerlərdə ilkin səhiyyənin təkmilləşdirilməsi
sahəsindəki müsbət
təsirindən danışıblar.
Milli Məclisin Səhiyyə komitəsinin
üzvü, Heydər
Əliyev Fondunun Beynəlxalq Əlaqələr
Departamentinin rəhbəri
Soltan Məmmədovun
onlayn çıxışı
da dinlənilib.
Tədbirdə rayonun səhiyyə sistemi ilə bağlı məlumatların
daha etibarlı və əlçatan olması məqsədilə
hazırlanan geopolitik sistemin təqdimatı keçirilib. Layihənin təqdimatı və müzakirələrdən sonra
Hande Harmancı, Min Yuan və
Caydev Singx jurnalistlərə müsahibə
veriblər.
Sonra tədbir iştirakçıları
cari il fevralın 4-dən
etibarən yerli tibb işçilərinə
təlim keçməyə
başlayan Şamaxı
Təlim Mərkəzində
də olublar. ÜST-ün texniki dəstəyi ilə UNICEF
tərəfindən həyata
keçirilən “PROACT - Təlim”
layihəsi çərçivəsində
yaradılan mərkəz
mayın 15-dək fəaliyyət
göstərəcək. Burada
Şamaxı və ətraf rayonlardan olan 400 nəfərədək
tibb işçisinə
ilkin səhiyyə xidmətləri və
COVID-19-a qarşı cavab
tədbirləri sahəsində
təlim keçiriləcək.
Təlim mərkəzi
daha sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanası
nəzdində yerli təlim qurumu kimi fəaliyyətini davam etdirəcək.
“PROACT
- Qayğı” layihəsinin
tərəfdaşları daha
sonra rayonun Çarhan və Quşçu kəndlərindəki
kənd həkim məntəqələrinə gəliblər.
Bu kəndlərdə
yerli tibb işçiləri və
əhali ilə tanış olmaq imkanı əldə edən layihə tərəfdaşları onların
ilkin səhiyyə sahəsindəki ehtiyaclarını
müzakirə ediblər.
Azərbaycan. - 2021.-13 fevral.- S. 4.