Yaxın günlərdə regionlarda polis əməkdaşlarının vaksinasiyasına başlanılacaq

 

 

 

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın birinci mərhələsinə uyğun olaraq Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının da vaksinasiya prosesinə start verilib.  İlkin olaraq fevralın 6-dan etibarən nazirliyin Bakıda xidmət aparan əməkdaşları peyvəndləməyə cəlb olunublar. Vaksinasiya DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında, 1 2 saylı poliklinikalarında həyata keçirilir. Bu günədək aparılan peyvəndləmə prosesi zamanı əməkdaşlar arasında fəsadlaşma halları qeydə alınmayıb”.

 

Bu sözləri AZƏRTAC-a müsahibəsində DİN-in Tibb İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Loğman Zeynalov deyib.

 

Şöbə rəisinin sözlərinə görə, vaksinasiya mütəşəkkil qaydada həyata keçirilir bu zaman strategiyanın əsas prinsiplərindən olan könüllülük prinsipi əsas götürülür: “Vaksinasiya üçün müraciət edən əməkdaş öncə həkim tərəfindən müayinə olunur. Hər hansı əks-göstəriş halı olmazsa, həmin şəxsə vaksin vurulur. Birinci dozadan 28 gün sonra həmin əməkdaşa ikinci doza vurulacaq. Vaksinasiya strategiyasında göstərildiyi kimi, son altı ay ərzində koronavirusa yoluxanların, onkoloji xəstəliklərdən, o cümlədən yüksək qan təzyiqindən əziyyət çəkənlərin dərman preparatlarına qarşı allergiyası olanların peyvəndlənməsi məsləhət görülmür”.

 

L.Zeynalov qeyd edib ki, yaxın müddətdə regionlarda da polis əməkdaşlarının vaksinasiya prosesinə başlanılacaq. Onların vaksinasiyası Səhiyyə Nazirliyinin TƏBİB-in yerli müalicə-profilaktika müəssisələrində həyata keçiriləcək.

 

 

Azərbaycan. - 2021.-13 fevral.- S. 4.