Kəngərli rayonunun
tibb işçiləri
vaksinasiyaya cəlb ediliblər
Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena
və Epidemiologiya Şöbəsinin, rayonun
kənd həkim ambulatoriyalarının və
feldşer-mama məntəqələrinin
tibb işçiləri
vaksinasiyaya cəlb ediliblər.
AZƏRTAC
xəbər verir ki, rayonda 142 tibb işçisinə təhlükəsizliyinə və
effektivliyinə görə
seçilən “CoronaVac”
vaksini vurulub. Vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb.
Qeyd
edək ki, vaksinasiya prosesi muxtar respublikanın bütün rayon, şəhər tibb müəssisələrində iki mərhələdə
aparılacaq. Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi,
xəstələnmə və
ölüm hallarının
azaldılmasıdır.
“Azərbaycan Respublikasında
COVID-19 xəstəliyi əleyhinə
2021-2022-ci illər üçün
vaksinasiya strategiyası”na
müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində
həyata keçirilən
tədbirlər davam etdirilir. Bu məqsədlə
Naxçıvan Muxtar
Respublikası Səhiyyə
Nazirliyində xüsusi
komissiya fəaliyyət
göstərir.
Azərbaycan. - 2021.-13 fevral.- S. 4.