Azərbaycan ötən
il 1,8 milyard dollarlıqdan çox qeyri-neft məhsulları ixrac etmişdir
2020-ci
ildə Azərbaycan dünyanın 183 ölkəsindəki
tərəfdaşları ilə
ticarət əməliyyatları
həyata keçirmişdir.
111 ölkəyə məhsul
ixrac, 174 ölkədən
idxal olunmuşdur.
Gömrük
orqanlarında qeydiyyatı
aparılmış, lakin
gömrük rəsmiləşdirilməsi
tam başa çatdırılmamış ixrac olunan xam
neft və təbii qazın statistik qiymətləndirilmiş
dəyəri nəzərə
alınmaqla 2020-ci ildə
ölkənin xarici ticarət dövriyyəsi
24201,1 milyon ABŞ dolları
təşkil etmişdir. Ticarət dövriyyəsinin 13470,4 milyon
dollarını və
ya 55,7 faizini ölkədən ixrac olunmuş məhsulların,
10730,7 milyon dollarını
(44,3 faizini) isə idxal məhsullarının
dəyəri təşkil
etmiş, nəticədə
2739,7 milyon dollar məbləğində müsbət
saldo yaranmışdır.
2019-cu illə müqayisədə xarici ticarət
dövriyyəsi faktiki
qiymətlərlə 26,8, real
ifadədə 21,9, o cümlədən
idxal 36, ixrac isə 12 faiz azalmışdır.
2020-ci
ildə qeyri neft-qaz məhsullarının
ixracı əvvəlki
illə müqayisədə
faktiki qiymətlərlə
5,3 faiz, real ifadədə isə 16,0 faiz azalaraq 1851,3 milyon dollar təşkil
etmişdir.
Dövlət
Gömrük Komitəsinin
məlumatlarına əsasən,
ixracın 30,4 faizini İtaliyaya, 18,9 faizini Türkiyəyə, 5,2 faizini
Rusiyaya, 3,8 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla,
Xorvatiya və Gürcüstana, 3,3 faizini
Hindistana, 3,2 faizini İsrailə, 3,1 faizini Çinə, 2,6 faizini Ukraynaya, 2,4 faizini İspaniyaya, 2,3 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla,
Portuqaliya, Almaniya və Çexiyaya, 1,6 faizini İsveçrəyə,
11,3 faizini isə digər ölkələrə
göndərilmiş məhsulların
dəyəri təşkil
etmişdir.
Qeyri
neft-qaz məhsulları
üzrə ixracın
dəyərində Rusiyaya
(37,3 faiz), Türkiyəyə
(20,4 faiz), İsveçrəyə
(12,1 faiz), Gürcüstana
(6,9 faiz), Çinə
(2,4 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,5 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Özbəkistana (1,1 faiz),
Almaniyaya (1,0 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (1,0 faiz) göndərilmiş malların
payı üstünlük
təşkil etmişdir.
Ölkəyə
idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 14,6 faizi Türkiyə, 13,2 faizi Çin, 5,9 faizi ABŞ,
5,4 faizi Almaniya, 4,2 faizi Fransa, 3,9 faizi Ukrayna, 3,7 faizi İtaliya, hər biri 2,8 faiz olmaqla, İran
və Birləşmiş
Krallıq, 1,8 faizi Yaponiya, 1,7 faizi Koreya, 1,4 faizi Belarus, 20,3 faizi isə digər ölkələr
ilə aparılmış
idxal əməliyyatlarının
payına düşmüşdür.
Azərbaycan. - 2021.-13 fevral.- S. 5.