Ötən ay ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin dəyəri 3,2 milyard manat olmuşdur

 

 

 

Cari ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,2 milyard manatlıq, o cümlədən 1,7 milyard manatlıq ərzaq məhsulları, içkilər tütün məmulatları, 1,5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8 faiz azalmış, ərzaq məhsulları, içkilər tütün məmulatları üzrə isə 1,8 faiz artmışdır.

 

Keçən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8 faizi ərzaq məhsulları, içkilər tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim ayaqqabıların, 5,4 faizi avtomobil benzini dizel yanacağının,  5,1 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur. Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 26,9 faizi ticarət müəssisələri, 49,8 faizi fərdi sahibkarlar tərəfindən, 23,3 faizi isə bazar yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 faiz artmış, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar yarmarkalarda 15,7 faiz azalmışdır.

 

2021-ci ilin yanvar ayında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316,3 manatlıq, o cümlədən 166,9 manatlıq ərzaq məhsulları, içkilər tütün məmulatları, 149,4 manatlıq qeyri-ərzaq malları almışdır.

 

 

Azərbaycan. - 2021.-13 fevral.- S. 5.