Şimal-qərb istiqamətində
yeni yolun və körpülərin
inşasına başlanılıb
Cari ildə icra edilən yol infrastrukturu layihələri
arasında respublika əhəmiyyətli avtomobil
yolları xüsusi çəkiyə malikdir.
Əhalinin rahat gediş-gəlişində
xüsusi əhəmiyyətə
malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ
avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ
hissəsinin yenidən
qurulması bunun bariz nümunəsidir. Sözügedən avtomobil
yolu paytaxtımızı
İsmayıllı, Qəbələ,
Oğuz, Şəki, Qax, Zaqatala və
Balakən rayonları
ilə birləşdirən
ən qısa yoldur.
Dövlət başçısının xüsusi
tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ
yolu yenidənqurma nəticəsində 9,7 km
qısalaraq 76,8 km təşkil edəcək.
Mövcud 2 zolaqlı yol genişləndirilərək
4 hərəkət zolağından
ibarət olacaq. Yeni layihə boyu 1 tunel, 1-i asma olmaqla, 8 böyük və 5 kiçik körpü də layihələndirilib.
Bunlardan Girdmançay,
Talıstançay, Ax-ox
çayı, Göyçay
çayı və Vəndamçay üzərində
yerləşən 5 mövcud
körpü 4 zolağa
uyğun yenidən qurularaq genişləndirilir.
Ağsuçay, Gülyançay
və Dəmiraparançay
üzərindəki 3 körpü
isə trassanın dəyişdirilmiş yeni
ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib
tikilir. Bundan başqa, yolboyu kiçik dərələr
üzərində yerləşən
5 körpü sökülüb
yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.
Bütün trassa boyu mövcud
olan müxtəlif ölçülü yolaltı
suötürücü borular
da texniki vəziyyətləri pis olduğundan yenilənir. Yolun trassası ilk 2 km-lik ərazidə Muğanlı qəsəbəsinə
çatmamış mövcud
yolun lokal sürüşmə sahəsindən
əvvəl başlanıb
sözügedən qəsəbədən
və qəsəbədən
sonrakı enişdə
aktiv sürüşmə
sahəsindən yan keçməklə layihələndirilib.
Nəticədə yolun
Ağsuçayınadək olan hissəsində trassa 1,1, Ağsuçaydan
sonrakı hissədə
Ağsuçay körpüsü
və tunel hesabına 1,4 km qısalır.
Digər hissələrdə layihələndirilən
trassa Qəbələ
şəhərinədək mövcud yol oxu ilə davam
edir. Yolun trassası Qəbələ
şəhərinə daxil
olmadan soldan yeni trassa ilə
Dəmiraparançay vadisindən
keçərək şəhərin
çıxışında mövcud trassaya birləşəcək. Bunun
hesabına yol 5 km qısalır.
Azərbaycan. - 2021.-13 fevral.- S. 5.