Astarada Zəfər parkı salınır
Vətən müharibəsində şəhid
olanların xatirəsini
əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər
parkı inşa edilir.
AZƏRTAC
xəbər verir ki, Astara şəhərinin Heydər
Əliyev prospektində inşa edilən parkın ərazisi
1400 kvadratmetrdir.
Artıq parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb,
hazırda suvaq işləri görülür.
Ondan sonra üzlük və tamet daşlarının döşənməsinə başlanılacaq.
Abidənin mərkəzində
Vətən müharibəsinin
qalibi - Azərbaycan əsgərinin abidəsi ucaldılacaq. Parkın ərazisində həmişəyaşıl
bəzək kolları
və güllər də əkiləcək.
Zəfər parkında tikinti işlərinin aprel ayında başa çatdırılması nəzərdə
tutulub.
Azərbaycan. - 2021.-13 fevral.- S. 5.