212
min şəxsə elektron qaydada fərdi hesab açılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə
ötən il 212 min şəxsə avtomatik olaraq sosial sığorta
nömrəsi (SSN) və
bununla da elektron qaydada fərdi hesab açılıb.
2020-ci ilin yanvar ayında fəaliyyətə başlayan
bu e-xidmət sığortaolunanların proaktiv
qaydada e-sistemdə qeydiyyata alınmasına xidmət edir. İlk dəfə əmək müqaviləsi
ilə işə başlayan şəxslə
bağlanan əmək
müqaviləsinə dair
bildiriş
e-sistemdə qeydiyyatdan
keçdiyi andan işçiyə avtomatik
şəraitdə SSN də
açılır. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.
Beləliklə, işçi sosial sığorta sisteminin iştirakçısı kimi,
fərdi hesabında gələcək sosial təminatı üçün
pensiya kapitalı toplamaq imkanı əldə edir.
Azərbaycan. - 2021.-13 fevral.- S. 5.