Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 491; 2011, ¹ 11, maddə 995; 2013, ¹ 9, maddə 1048; 2014, ¹ 9, maddə 1060, ¹ 10, maddə 1177; 2015, ¹ 2, maddə 117; 2016, ¹ 5, maddə 867, ¹ 11, maddə 1798; 2017, ¹ 5, maddələr 777, 818; 2018, ¹ 12 (I kitab), maddə 2586; 2019, ¹ 6, maddə 1029; 2020, ¹ 8, maddə 1024) ilə təsdiq edilmişAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 10.22-1-ci bəndə “barədə məlumatların” sözlərindən sonra “, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyata alınması haqqında məlumatların” sözləri əlavə edilsin.

2. 13.2.6-cı yarımbəndə “qeydiyyatı” sözündən sonra “, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəyə götürdüyü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsində müəyyən edilmiş qaydada olduğu yer üzrə qeydiyyatı” sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2021-ci il

Azərbaycan.-2021.- 14 fevral.- S.2.