Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Elektron su təsərrüfatıinformasiya sistemi haqqında Əsasnamətəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdəElektron su təsərrüfatıinformasiya sisteminin (bundan sonra - ESTİS) fəaliyyətinin təşkili, saxlanılması ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə ESTİS-in təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

2.3. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Dövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi elektron hökumətlə bağlı bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, ESTİS-in aidiyyəti dövlət informasiya ehtiyatları sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

4. Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “AzərsuAçıq Səhmdar Cəmiyyəti AzərenerjiAçıq Səhmdar Cəmiyyəti bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş ESTİS haqqında Əsasnamə”nin 6.1-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların ESTİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etsinlər bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. ESTİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2021-ci il

Azərbaycan.-2021.- 14 fevral.- S.2.