“Xarıbülbül” Qələbə
simvoluna çevrilib Cıdır düzünə
qayıdır
Xarıbülbül...
Ötən
ilin 8 noyabr tarixinədək 30 il Qarabağın kədər,
ayrılıq, onlardan
doğan nisgilin simvoluna çevrilən bu “dağlar gözəli” haqqında o qədər əfsanə, rəvayət,
hekayət, nəhayət,
hicrandolu “nağıl”
eşitmişik ki...
Xalqımızın dilində ağı, bayatı kimi səslənən “bağrıqan”
gül Xalq mahnısına da çevrilib.
Vətən bağı al-əlvandır,
Nə gəzirsən, xarıbülbül?
Nədən hər yerin əlvandır,
Köksün altı sarı bülbül?!
Bu mahnı
yüz illərdir ki, onu dinləyənlərlə
bərabər, ifaçının
da qəlbindən qara qanlar axıdıb:
Qarabağımızdan, onun
zümrüd tacı Şuşamızdan perik düşdüyü, gül
açmadığı üçün.
Əfsanəyə görə, xarıbülbül,
yəni xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində
döyüşdə ağır
yaralanmış bir əsgərin son ümididir. Həm də Oğuz xanın alplarından (şəhid olan döyüşçü) birinin
son nəfəsdə sinəsində gəzdirdiyi
bülbülün ayağına
qanlı köynəyindən
kəsib sevgilisi Aybikə xanıma göndərdiyi namə ilə bağlı üzüntülü bir nakam sevgi nağılıdır...
Bunlar, əlbəttə, öz zamanında əsatir, əfsanə deyil, həqiqət imiş. Azərbaycan əsgəri öz qəhrəmanlığı
ilə o əfsanəyə
yenidən can verdi, yaşatdı, reallıq olduğunu təsdiqlədi: ötən
ilin 8 noyabrında...
Heç bir “külək”, “qasırğa” belə müzəffər Azərbaycan
əsgərinin Qarabağa,
Şuşaya gedən
yolunu bağlaya bilmədi. Rəvayətdə
olduğu kimi, bu dəfə də bülbülün qanı axdı: şəhid oldu! Lakin o gülü - Qarabağı, Şuşanı
əyilməyə qoymadı!
Xarıbülbülün əzəməti,
məğrurluğu, haqsızlığa
qarşı əyilməz
duruşu onu əfsanədən qələbə
simvoluna çevirdi!
Xarıbülbül Şuşaya sədaqətlidir.
Bəlkə də elə buna görə
qayıdışın, qovuşmağın
rəmzi kimi biz onu möhtəşəm
Qələbəmizin simvolu
kimi seçdik, bu incinin üzərində
dayandıq.
Şuşanın
işğaldan azad edilməsindən sonra bu qədim mədəniyyət
şəhərini ziyarət
edərkən Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev ötən illəri xatırlatmaqla yanaşı,
görüləcək işlərdən,
qalalar və abidələr məskəninin
yenidən canlandırılacağını, əvvəlki növrağının
özünə qaytarılacağını
da orada bəyan etdi.
“Bu il Şuşada
“Xarıbülbül” festivalı
və Vaqif poeziya günləri keçirilməlidir. Şuşada
Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır,
mən də atamla birlikdə Vaqif poeziya günlərində
olmuşam. Vaqifin məqbərəsinin açılışında
olmuşam, o qarlı-şaxtalı
havada. İndi Vaqifin məqbərəsini
görəndə adamın
ürəyi ağrıyır...”
Bu fikirləri
Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət
naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söylədi. Ermənistan rejiminin işğal
edilmiş ərazilərdə
törətdiyi vəhşilikdən
danışan dövlətimizin
başçısı bir daha vurğuladı ki, nə qədər
vəhşiliklər, qəddarlıq
ola bilər, həm də axı Azərbaycan xalqı sizə nə edib? Sizə çörək verib: “...Azərbaycan xalqı sizə nə edib ki,
ürəyinizdə bu
qədər nifrət
olsun? Şəhərləri
dağıdırsınız, insanları didərgin salırsınız, tarixi
abidələri sökürsünüz,
nə məqsəd güdürsünüz?! Elə
hesab edirlər ki, bizim yaddaşımızdan
silinəcək bu vəhşilik?! Biz 44 gün müharibə apardıq, Ermənistanı
demək olar ki, tamamilə məğlub etdik. İstənilən addımı
ata bilərdik, istənilən addımı!
Amma mən demişəm ki, biz mülki əhaliyə qarşı
vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq...”
Azərbaycan Prezidenti həmçinin onu da qeyd
etdi ki, indi Şuşaya yeni yol çəkilir:
“Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail
olacağıq. Planlaşdırın,
bu il bu
iki tədbir Şuşa şəhərində
keçirilməlidir - “Xarıbülbül”
festivalı və Vaqif poeziya günləri.
Bəli, Şuşa özünə,
özününkülərə - doğmalarına
qovuşub. Şuşanın
Cıdır düzündə
vaxtilə keçirilən
mədəni-kütləvi tədbirlər də qayıdır. Burada əsas diqqətçəkən,
dövlət başçısının
xüsusi qeyd etdiyi kimi, “Xarıbülbül”
festivalı və Vaqif poeziya günlərinin keçirilməsinin bərpasıdır.
Xalq artisti, professor Mənsum İbrahimov onu da xatırladır
ki, hər iki tədbir hələ Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrdən başlayıb. Azərbaycan
Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin
mədəniyyət paytaxtı
elan etməsi, Vaqif poeziya günləri
və “Xarıbülbül”
festivalının bərpası
ölkənin mədəni
həyatında əlamətdar
hadisələrdən biridir:
“...Dillərə dastan,
əfsanə olan xarıbülbül gülü
Şuşanın rəmzi,
təbiətin möcüzəsidir.
Xarıbülbül sanki
gülün üzərinə
qonmuş bülbülü
xatırladır. Bülbülün
bağrının altındakı
gül al-qırmızı
rəngə boyanıb.
Tarixboyu Qarabağa qonaq gələnlər xarıbülbülü seyrə
çıxıblar. Qarabağda
bu gülün şöhrəti o qədər
səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivallar təşkil edilib. Həmin konsertləri ölkəmizin
böyük sənətkarları
öz ifaları ilə bəzəyiblər. Bu sırada Azərbaycanın
Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan
musiqisinin “Qızıl
Fond”una daxil olan “Sona bülbüllər”
mahnısı xüsisi
yer alıb...”
“Xarıbülbül” Beynəlxalq
Festivalı məşhur
xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən
keçirilməyə başlayıb.
Yalnız vətəni
Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət
tədbirlərindən biri
hesab olunan bu festival hər
il may ayında
Yaponiya, ABŞ, Türkiyə,
Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan,
SSRİ-nin on beş müttəfiq respublikasının iştirakı
ilə keçirilib.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan. - 2021.-13 fevral.- S. 6.