Uzaqdan idarəetmə, daimi nəzarət, operativ qəza xidməti

 

Bunlar Sumqayıtın lift sistemində tətbiq edilən innovasiya nəticəsində mümkün olmuşdur

 

 

Cənubi Qafqazda ilk dəfə olaraq Sumqayıtın lift təsərrüfatında tətbiq edilən onlayn idarəetmə sistemi indi nəinki bu şəhərin, hətta Gəncənin, Mingəçevirin və Şəmkirin də ayrı-ayrı yaşayış sahələrindəki liftlərin 350-400 kilometr məsafədən gecə-gündüz - 24 saat ərzində dəqiqliklə, yüksək səviyyədə idarə edilməsinə, istismarına imkan verir.

Yeni innovativ metodla Sumqayıtın hətta bütün kommunal sistemini - işıq, qaz, su, istilik təsərrüfatlarını, şəhərin mövcud fontanlarını da idarə etmək və tam nəzarətdə saxlamaq mümkündür

Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta diqqət və qayğısı son illər daha da artmışdır. Bunu əhaliyə xidmətin yüksəldilməsi məqsədilə son 5 ildə şəhərin lift təsərrüfatının yenilənməsi üçün imzaladığı sərəncamlar da təsdiq edir.

Prezidentin 13 oktyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan bu mühüm sahəyə 3,7 milyon manat, eyni məqsədlə daha sonra - 3 mart 2016-cı ildə 2,5 milyon, 2017-ci ildə 3,7 milyon, 2018-ci ildə 2,5 milyon, 2019-cu ildə 4 milyon manat, ümumilikdə 17 milyon manatadək vəsait ayrılmışdır.

Məhz Prezidentin daimi diqqət və qayğısının nəticəsidir ki, son illər Sumqayıtın lift təsərrüfatının 76 faizi tamamilə təzələnmiş, hündürmərtəbəli binalar 450-dən çox yeni, müasir, elektron tipli lift kabinələri ilə təchiz edilmişdir. Bütünlükdə isə şəhərin 594 liftinin hamısı bu gün tam işlək vəziyyətə gətirilmişdir.

Lift-serviskollektivini hələ lap çoxdan - 1991-ci ildən narahat edən daha bir məsələ də var idi. Amma Azərbaycanın həmin ağır dövründə maliyyə imkanı olmadığından onun həlli  bir qədər sonraya saxlanmışdı. İdeya isə çox mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, kollektiv tərəfindən lift təsərrüfatında şəhər sakinlərinə xidmətin daha da yaxşılaşdırılması məqsədilə bütün lift sisteminin idarə edilməsinin onlayn rejimdə, innovativ metodla həyata keçirilməsi təklif edilmişdi.

Sonralar bu ideya şəhər rəhbərliyi tərəfindən bəyənildi və ilk olaraq sınaq məqsədilə 4 lift üçün intellektual idarəetmənin tətbiq edilməsi, uğurlu nəticə əldə olunarsa, bu işin genişləndirilməsi qərara alındı. Çox keçmədən baş mühəndisdən, lift mühəndislərindən, proqramçılardan ibarət yaradıcı qrup işə başladı və ilk 4 liftin intellektual idarəetmə sisteminə qoşulmasına nail olundu. İlk sınaq 2017-ci ilin noyabrında uğurla başa çatdı.

Yeniliklə yerində tanış olan  şəhər rəhbərliyi təklif etdi ki, yeni idarəetmə sistemi sınaq olaraq mikrorayonlardan birində tətbiq edilsin, sonra digər yaşayış massivlərində də davam etsin. İdarənin kollektivi bu işi ilk olaraq 18-ci mikrorayonda tətbiq etməyi qərara aldı. İstismarda olan 42 liftdə müvafiq işlər 2 ay ərzində başa çatdırıldı. Hər bir lift öz kodu ilə dispetçer xidmətindəki kompüterlərə “tanıtdırıldıqdan” sonra onlara gecə-gündüz - 24 saat ərzində onlayn nəzarət və xidmət edilməsi reallaşdı. 18-ci mikrorayonun lift şəbəkəsinin onlayn rejimdə işi mükəmməl şəkildə təmin edildikdən sonra şəhər rəhbərliyinin iştirakı ilə mikrorayonun intellektual idarəetmə sisteminin açılışı oldu.

Bir müddət sonra Sumqayıtın bütün hündürmərtəbəli binalarındakı liftlərdə innovativ idarəetmə sistemi üzrə işlər uğurla davam etdirilərək 2019-cu ilin ortalarında - Sumqayıtın 70 illik yubileyi ərəfəsində tamamilə başa çatdırıldı. Bu, “Lift-serviskollektivinin doğma şəhərin yubileyinə, sumqayıtlılara sevinc bəxş edən bir töhfəsi idi!

Hazırda kollektiv liftdən istifadə edən sakinlərə mədəni xidmətin daha da yaxşılaşdırılması ilə (kabinədə həzin klassik musiqinin, Azərbaycanın retro mahnılarının səsləndirilməsi, profilaktik  tədbirlər) məşğuldurlar. Liftlərin olduğu bütün girişlərdə və binaların damındakı maşın kabinələrində nəzarət kameralarının quraşdırılması, hər bir liftin özününayti ünvanı”nın və nömrəsinin olması onların dinamikasını günün bütün saatlarında izləməyə imkan verir.

Artıq xeyli müddətdir ki, şəhərin bütün liftlərinə tam olaraq 24 saat ərzində onlayn nəzarət edilir (əvvəllər nəzarət yalnız səhər saat 7-dən axşam saat 23-ə kimi aparılırdı, qalan vaxtlarda liftlər başlı-başına, bir növ sakinlərin öhdəsinə, onların “insafına” qalırdı). Və hazırda sutkalıq daimi nəzarət imkan verir ki, istənilən vaxt liftlərin dinamikasının gündəlik, həftəlik və aylıq cədvəli çıxarılsın. Həmin çıxarışlar baş mühəndis tərəfindən təhlil olunur. Əgər hansısa lift həftə ərzində qrafikdənkənar dayanarsa, səbəbi araşdırılır, dərhal tədbir görülərək işi bərpa olunurdispetçer xidmətinin sərəncamına qaytarılır.

O da mühümdür ki, qəza vəziyyətlərinin qarşısının vaxtında, operativ alınması məqsədilə kollektivin bütün 140 əməkdaşı korporativ nömrə ilə ümumi rabitə sisteminə qoşulmuşlar. Bu isə xidmət əməkdaşlarının bir-biri ilə, həm də sakinlərlə istənilən vaxt, heç bir maneə olmadan operativ əlaqə saxlamasına imkan verir. Baş verə biləcək qəzaların gecikmədən aradan qaldırılması üçün növbətçi dipetçerlərin sərəncamına 7 qəza xidməti maşını və xüsusi uniforma ilə təmin edilmiş təmir briqadaları da verilmişdir. “Lift-servisBirliyinin direktoru Cümşüd İsmiyev:

- İntellektual idarəetmə sisteminin tətbiqinə nail olmaq, bu sahədə dünya təcrübəsini öyrənmək məqsədilə mütəxəssislərimiz 10-dan çox ölkədə - Almaniyada, Çində, Koreyada, Polşada, Rusiyada, Ukraynada, Belarusiyada, Finlandiyada və digər ölkələrdə olaraq məlumatlar toplamış, müqayisələr aparmışlar. Hər bir təcrübədən, gördüklərimizdən maksimum faydalanmağa çalışmışıq. Onu da deyim ki, həmin ölkələrin çoxunda müasir dispetçer xidmətləri olsa da, ən yaxşı model Finlandiya modelidir. Biz proqramçılarımızın və provayderimizin - “Alfa.net”in köməyi ilə etibarlı daxili internet şəbəkəsi yaratmışıq ki, bu da çox vacibdir. “Alfa.net” bizim üçün həm sürət, həm keyfiyyət, həm də qiymət baxımından sərfəlidir. Bu il müşahidə kameralarının artırılmasını, elektrik enerjisinin qəfil kəsilə biləcəyi hallar üçün hər blokda UPS-lərin quraşdırılmasını nəzərdə tutmuşuq. Belə olan halda işıqlar kəsildikdə belə sakinlər narahat olmadan mərtəbələrin hər hansı birində liftdən çıxmaq imkanına malik olurlar.

C.İsmiyev onu da bildirdi ki, hazırda Sumqayıt “Lift-servisin kollektivi öz meridianlarını genişləndirməklə məşğuldur. Yeni sistem kollektivə imkan verib ki, sınaq olaraq Gəncənin, Mingəçevirin və Şəmkirin bir neçə hündürmərtəbəli binalarındakı liftlər bilavasitə Sumqayıtdan - 350-400 kilometr məsafədən distansion idarə edilsin. Təcrübə özünü doğruldur.

O da diqqətəlayiqdir ki, Sumqayıtdakı bu intellektual idarəetmə metodunun  dünyada hələlik yalnız Finlandiyada analoqu var. Yeni, unikal idarəetmə sistemindən xəbər tutan qonşu Gürcüstan, eləcə də uzaq Monqolustan isə belə bir müasir idarəetmə sistemini yaratmaq üçün Sumqayıtın peşəkarlardan ibarət mütəxəssislər qrupunu ölkələrinə dəvət etmişlər.

 

 

 

Rəhman ORXAN,

Əməkdar jurnalist

Azərbaycan.-2021.- 14 fevral.- S.4.