Sorosçu”lar da Paşinyandan narazıdır

 

Ermənistan müxalifəti isə qiyama çağırış edir

 

 

Ermənistanda Paşinyan iqtidarının durumu günlər ötdükcə daha da ağırlaşır. Yerli mətbuatın yazdığına görə, 44 günlük müharibə göstərdi ki, ölkənin idarəetmə proseslərinin kökündə sistem struktur problemləri durur.

Bu isə əhalinin hakimiyyətə qarşı narazılığını artırır. Odur ki, Yerevanda hakimiyyətin istefası tələbi ilə keçirilən mitinqlər sanki gündəlik normaya çevrilib. Ermənistan müxalifəti mövcud ictimai-siyasi vəziyyətdən istifadə edərək 20 fevral tarixinə böyük mitinq elan edib.

Müxalifətin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyan tərəfdarlarını gələcək addımları müzakirə etmək üçün Azadlıq meydanına dəvət edib. O, jurnalistlərə verdiyi açıqlamasında deyib ki, insanlar qiyam etmək hüququna sahibdirlər bu, bir çox ölkədə baş verib: “Mən öz tərəfimdən hər zaman üsyana təşviq edəcəyəm. Bu hakimiyyətin getməsi üçün istənilən tədbiri təşviq edəcəyəm. Tariximizdə ölkə liderinin dövləti bu qədər aşağılayıcı şəkildə məhv etdiyi, satdığı olmamışdı”. Vazgen Manukyan Yerevandakı Azadlıq meydanınıVətənin xilası hərəkatı”nın qərargahı elan etmişdi.

Bu arada Ermənistan ordusunda əvvəllər müşahidə olunan qanun pozuntuları müharibədən sonra daha geniş miqyas almağa başlayıb. Erməni ordusunun itkisi həm döyüş, həm qeyri-döyüş şəraitində kütləvi şəkildə artıb. Bütün bunlar ilk növbədə, Ermənistanda əsgər valideynlərinin hakimiyyətə qarşı daha sərt mövqedən çıxış etməsinə səbəb olub. Bu günlərdə itkin düşən hərbçilərin yaxınları Yerevanın Respublika meydanı yanındakı əsas prospektlərdən birini bağlayıblar. Baş nazirin aparatının rəhbəri Arsen Torosyanın açıqlaması isə etirazçıları daha da qəzəbləndirib. Torosyan valideynlərə deyib ki, onlar 5 əsirin geri qaytarılmasına görə hökumətə minnətdar olmalıdırlar. Bundan sonra aksiya iştirakçıları əsas prospekti bağlayıb buna görə gərginlik yaranıb. Paytaxtın mərkəzi hissəsində nəqliyyat tamamilə iflic vəziyyətə düşüb.

Nikol Paşinyanın müttəfiqləri isə onun erkən seçkilərdən imtina etməsindən narazıdırlar. Xatırladaq ki, Paşinyan  növbədənkənar seçkilərlə bağlı parlament üzvləri ilə görüşdən sonra bildirmişdi ki, seçkilər ilə bağlı müxalifətdən müsbət cavab ala bilməyib, xalq isə erkən seçki tələb etmir. Bu səbəbdən növbədənkənar seçkilərin keçirilməyəcəyini, parlamentin əvvəlki qaydada fəaliyyətinə davam edəcəyini vurğulayıb.

Artıq ölkədəki 10 “Sorosçuqurum - “Məlumatlı Vətəndaşlar Birliyi”, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, GümrüAsparezJurnalistlər Klubu, “Transparency İnternationalAntikorrupsiya Mərkəzi digərləri seçki məsələsinin gündəmə qaytarılmasını tələb edən bəyannamə qəbul ediblər. Bu təşkilatlar indiki hökumətin cəmiyyətin etimadını itirdiyini, buna görə müharibədən sonra ortaya çıxan təhdid çətinliklərin öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu qeyd ediblər.

Erməni politoloq Ervand Bazoyan deyib ki, erkən seçki tələbi Soros Fondunun Ermənistanla bağlı əsl niyyətini nümayiş etdirir. O bildirib ki, mövcud cəmiyyətin həddindən artıq qütbləşməsi şəraitində seçkilər ölkənin daha da qarışmasına təkan verə bilər: “Belə vəziyyətdə siyasi rəqabət əsl müharibə halına gələcək. Paşinyanın komandası üçün fiziki təhlükəsizlik zəmanətinin olmadığı şəraitdə seçkilərin nəticəsi həyati əhəmiyyət daşıyır. Qalan qüvvələrin nəzərincə isə Nikol Paşinyanın iqtidarının davam etməsi ölkə üçün dağıdıcı anlam kəsb edir. Seçki kampaniyası elə birantaqonistparadiqmada aparılacaq ki, yeni sarsıntılar doğuracaq. “Sorosçu” təşkilatların istədikləri də əslində elə budur”.

Erməni şərhçiyə görə, tərəflərin münasibətlərində nəsə düz getmir. O, bu uğursuzluğun səbəblərini postsovet məkanındakı geosiyasi proseslərdə görməyə meyillidir. Bazoyanın sözlərinə görə, Paşinyan rəhbərliyi ilə Ermənistan, bir tərəfdən Rusiya ilə işləməkdə davam etdi, digər tərəfdən Rusiyanın düşmənlərinə tərəf boylandı. “Başqa sözlə, bir növ kompromis tapmaq üçün iki stulda oturmağa çalışdı. Lakin sonda hər iki stul Paşinyanın altında laxladı. Soros Paşinyanın Rusiya ilə normal münasibətlər saxlamağa çalışmasından narazıdır, Rusiya isə Sorosla koalision razılaşmasına görə Nikola etibar etmir. Odur ki, indi Paşinyanın mövqeləri zəiflədiyi üçün Soros Fondu seçkilər yolu ilə onun yerinə əvəz tapmağa cəhd edir” deyə erməni politoloq əlavə edib.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən növbəti daxili siyasi böhrana qədəm qoyur.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 14 fevral.- S.5.