Şuşa qalası

 

 

 

Azərbaycanın ən gözəl şəhərlərindən biri, Qarabağın baş tacıdır Şuşa. Şəhərin adı bu diyarın saf, şəffaf dağ havasının rəmzi olanşüşəsözündəndir. Şuşanın əsrarəngiz təbiəti var. Bənzəri olmayan meşələri, dağları, bulaqları var. Turşsu, İsa bulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq başqa bulaqlar şəfa mənbəyidir.

 

Şuşa tarixi  memarlığı ilə məşhurdur. İşğal olunduğu günə - 1992-ci il 8 mayadək burada 129 memarlıq abidəsi var idi.

 

Hüsnünə xüsusi gözəllik, əsrarəngizlik verən Şuşa qalası bu şəhəri əhatə edən mühafizə divarlarıdır. Qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılıb. Amma  onu ələ keçirmək cəhdləri baş tutmayıb.

 

Ərazi strateji baxımdan olduqca əlverişlidir. Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatələnib.

 

Əvvəllər tikdirdiyi Bayat Şahbulaq qalalarının əlverişsiz coğrafi mövqeyini nəzərə alan Qarabağ xanı Pənahəli xan 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verib.  Qarabağ xanlığının mərkəzi bura köçürülüb. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.

 

Azərbaycan memarlığının incilərindən olan Şuşa qalası Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan əhəng-yumurta sarısı qatışığından istifadə olunub.

 

Şuşa qalasının dörd qapısı olub. Onlardan Gəncə qapısı yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında onu xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü inşa edilib. Həmin körpü Qala körpüsü kimi tanınır.

 

Şuşanın xarici aləmlə əlaqəsini təmin edən qapılardan üçünün - Gəncə, Ağoğlan İrəvan qapılarının adları bizim dövrümüzədək gəlib çatıb.

 

Dördüncü qapının isə adını, yerini indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Güman edilir ki, qala divarları İbrahimxəlil xan tərəfindən yenidən tikilərkən həmin qapı ləğv edilib.

 

 

Azərbaycan. - 2021.-13 fevral.- S. 6.