Bəşər tarixinin
ən böyük qələbəsi: peyvəndin
kəşfi
Bəşəriyyət var olandan bəri insanlar çoxsaylı xəstəliklərlə mübarizə aparıb, müxtəlif vasitələrlə onlardan qorunmağa çalışıblar. Min illər boyu təhlükəli mərəzlərə qarşı şəfa tapmaq niyyəti ilə hər cür üsulları sınayıblar. Elm, tibb sahəsi inkişaf etdikcə, insanların xəstəliklərə qarşı mübarizə yolları da təkmilləşməyə doğru gedib. Məhz bu axtarışların nəticəsi olaraq insan bədəninin xəstəliklərə qarşı müqavimətini qüvvətləndirən bioloji maddə - peyvənd kəşf olunub. Bəs dünyada ilk peyvəndi kim kəşf edib?
Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəli idi. Hər il milyonlarla insan müalicəsi mümkün olan xəstəliklərdən ölürdü. Bu xəstəliklərdən biri də suçiçəyi idi.
Suçiçəyinin 3000 il
əvvəl Misir və ya Hindistanda
yarandığı fərz
edilir. Bir zamanlar çox
dəhşətli sayılan
bu xəstəlik ümumilikdə 500 milyon insanın ölümünə
səbəb olub.
Peyvəndin ilk formasının məhz
bu xəstəliyə
qarşı təxminən
1000 il öncə
çinlilər tərəfindən
tapıldığı haqqında
fərziyyələr mövcuddur.
Belə ki, suçiçəyinə
yoluxmuş xəstənin
yarasının üst
qatını (qabığını)
əzərək əldə
etdikləri tozu sağlam insanların burnuna üfürürmüşlər.
Ümid edirdilər ki, bu insanları yüngül formada suçiçəyinə yoluxduracaq,
onları həmin xəstəliyə yenidən
tutulmaqdan qoruyacaq.
Variolyasiya adlanan bu üsul nəticəsində
ölüm sayı müəyyən qədər
azalmışdı.
Lakin xəstəlik
hələ də təhlükəli olmaqda davam edirdi. XVIII əsrin
əvvəllərində təkcə
Avropada hər il 400 min insan
suçiçəyindən həyatını itirirdi.
Xəstəliyə yoluxan hər
3 böyükdən biri,
10 körpədən 8-i ölürdü.
1721-ci ildə ABŞ-da
başlayan epidemiya Bostonda əhalinin yüzdə 8 faizinin həyatına son qoymuşdu. 1950-ci illərdə
hər il
50 milyon insan bu xəstəliyə yoluxurdu.
Sağ qalanlarda əlavə təsirlər yaranır, görmə qabiliyyəti itir və ya
bədənlərində xəstəlikdən
əmələ gələn
yaraların izləri qalırdı. Bütün bədən ağrıyır,
yüksək hərarət,
boğaz və baş ağrısı, nəfəs almada çətinlik yaranırdı.
Vücudun hər yerində,
hətta ağciyərdə
qorxunc səpkilər olurdu.
Bəşər tarixi qədər qədim olan suçiçəyinə qarşı
heç bir effektli müalicə üsulu tapılmırdı. Lakin 1796-cı ildə ingilis həkim Edvard Cenner bu xəstəliyə
qarşı ilk peyvəndi
kəşf edir.
Həkim
epidemiyanın yayıldığı
yerləri nəzərdən
keçirdikdə anlayır
ki, bəzi adamlara bu xəstəlik
ümumiyyətlə keçmir.
Cenner o adamları diqqətlə sorğu-sual etdikdən sonra öyrənir ki, onlar uşaqlıqda
inək çiçəyi
ilə xəstələniblər,
lakin sağalıblar.
Cenner başa
düşür ki, inək çiçəyi
xəstəliyini keçirənlər
qorxmaya bilərlər
- onların qanında
xəstəliyin mikroblarını
öldürən nəsə
var. Bununla da o, təcrübələr keçirməyə
başlayır. Vaxtilə inək xəstəliyi
keçirmiş Sara Nelmesin
qanından nümunələr
götürür. 8 yaşlı Ceyms Filipsin 4 yerdən əlini çərtərək
həmin qanı ora sürtür. 6 gündən sonra
Filips xəstələnir,
lakin 3 gün keçəndən sonra sağalır. Cennerin fikri
təsdiqlənir. O, bundan
cəsarətlənərək təcrübələrini daha
da genişləndirir.
Suçiçəyi olmuş adamdan
nümunə götürüb
Filipsə yeridirlər.
Bu dəfə də təcrübə uğurlu alınır - uşaqda immunitet yarandığı üçün
xəstələnmir.
1798-ci ildə bu
eksperimentin nəticələri
dərc olunur və “vaksina” sözü meydana gəlir. Beləliklə, suçiçəyinə qarşı ilk vaksin kəşf olunur.
Təbii ki, Cennerin bu ixtirası ilk zamanlar hər kəs tərəfindən qəbul edilmir, o, ələ salınır, karikaturalara mövzu olur. Ancaq məhz bu kəşf iki yüz il sonra bütün dünyada tətbiq olunan ilk peyvəndin əsas qaynağına çevrilir.
1800-cü ilədək dünyada təxminən 100 min insan inəklərin sinələrindəki çiçək qabarcıqlarından götürülmüş maye ilə peyvəndlənir. XIX-XX əsrlərdə isə elm adamları suçiçəyi peyvəndini daha da təkmilləşdirir və yeni vaksinlər hazırlayır.
Ümumdünya Səhiyyə Təşkilatı 1967-ci ildə qlobal peyvəndləmə kampaniyasına start verir. 1979-cu ildə xəstəlik tamamilə yox edilir. Bu, təkcə tibbin deyil, bəşər tarixinin ən böyük qələbələrindən biri sayılır.
Yeri gəlmişkən, “vaksin” latın sözü
olub, “vacca” - “inəkdən
götürülüb” mənasını
verir. Bu termini elmə
ilk dəfə Lui Paster Edvard Cennerin
şərəfinə gətirib. Müasir mikrobiologiya
və immunologiyanın
banisi sayılan Lui Paster Cennerin
davamçısı olub
və diri mikrobları zəiflətməklə
onların təbii antigenliyini azaldaraq vaksin hazırlayıb.
Bu məqsədlə o, yüksək temperaturdan istifadə edib. Nəticədə “pasterizasiya” termini əmələ gəlib.
O, toyuq vəbasına,
quduzluğa və qarayaraya qarşı vaksinlər yaradıb.
Vaksinlərin kəşfi bəşəriyyətin
həyatını dəyişdirir. Ekspertlər
də bildirirlər ki, peyvəndlər hər il
təqribən iki-üç
milyon ölümün
qarşısını alır.
İndi
dünyanın bütün
ölkələrində uşaqlar
peyvənd edilir: vaxtilə çiçək
xəstəliynə yoluxmuş
buzovun qanından götürülmüş milyonlarla
leykositlər insanın
qanına qatılır.
Bu leykositlər suçiçəyi ilə
mübarizədə sınaqdan
keçirilib və onun öhdəsindən asanlıqla gəlir.
Məhz peyvəndlər sayəsində
hazırda insanlar suçiçəyi və
bir çox başqa infeksiyalara nadir hallarda yoluxur, yoluxduqda isə xəstəliyi yüngül
keçirirlər.
Azərbaycan.-2021.- 14 fevral.- S.6.