Onlar bizə əmanət!

 

 

"YAŞAT” Fondu Vətən müharibəsində yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qazimiz Qurban Əliyevin, şəhidimiz Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhidimiz Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhidimiz Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

 

 

 

Azərbaycan. - 2021.-13 fevral.- S. 7.