Baş Prokurorluğun sosial şəbəkələrdəki
daha bir səhifəsi rəsmi olaraq təsdiqlənib
Baş Prokurorluğun sosial şəbəkələrdəki daha bir səhifəsi
rəsmi olaraq təsdiqlənib.
Bu barədə
AZƏRTAC-a Baş Prokurorluğun
mətbuat xidmətindən
məlumat verilib.
Hazırda sosial şəbəkələr
informasiya mübadiləsində
ən önəmli vasitələrdən birinə
çevrilib. Azərbaycan Respublikası
Baş Prokurorluğunun
mətbuat xidməti prokurorluq orqanlarının
fəaliyyətinə dair
məlumatların əhaliyə,
o cümlədən kütləvi
informasiya vasitələrinə
operativ şəkildə
çatdırılmasını təmin etmək üçün “Facebook”,
“Instagram”, “Twitter”, “YouTube”, “Telegram” sosial şəbəkələrindən
istifadə edir.
Fevralın 11-də isə Azərbaycan Respublikası Baş Prokurorluğunun “Telegram” kanalı rəsmi olaraq mavi nişan
vasitəsilə təsdiqlənib.
Xatırladaq ki, ötən il noyabrın 26-da Azərbaycan Respublikası
Baş Prokurorluğunun
“Facebook” səhifəsi,
cari il yanvarın
21-də isə “Instagram”
səhifəsi rəsmi
olaraq mavi nişanla təsdiq edilib.
“Təsdiqlənmiş səhifə”
(Verified Page) mənasını bildirən
mavi nişan orijinal səhifəni saxta səhifələrdən
ayırd etməyə
imkan verir.
Məsələ ilə bağlı Baş Prokurorluğunun mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan “Telegram” kanalının rəsmi olaraq mavi nişan
vasitəsilə təsdiqlənməsinə
“SaMedia Agentliyi” tərəfindən kömək
göstərildiyi bildirilib.
Azərbaycan. - 2021.-13 fevral.- S. 7.